Yuxarı

“Rabitəbank”ın Müşahidə Şurasında yeni təyinatlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rabitəbank”ın Müşahidə Şurasında yeni təyinatlar

Rabitəbank ASC-nin səhmdarların ümumi yığıncağının qərarına əsasən, Rəşad Abasov və Zaur Baxşəliyev Müşahidə Şurasına üzv təyin ediliblər.

Axar.az xəbər verir ki, Rəşad Abasov 2004-2012-ci illərdə Rabitəbankın “Daxili Audit” bölməsində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən isə “Daxili audit” departamentinin direktoru vəzifəsinə təyin edilib. 2018-ci ildən hal-hazıradək Rabitəbankda Audit Komitəsinin sədri vəzifəsində çalışır.

R.Abasov Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarə etməsi” fakultəsinin bakalavr və magistr pillələrində təhsil alıb. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə təhsil alıb.

Zaur Baxşəliyev 15 ildən çox daxili audit sahəsində təcrübəyə malikdir. O, peşəkar əmək fəaliyyətinə Bank of Azerbaijan ASC-nin audit köməkçisi kimi başlayıb və daha sonra Garant Holding MMC-də və Aqrar Tədarük və Təchizat ASC-də audit bölməsi üzrə rəhbər vəzifələrinə kimi yüksəlib. 2015-2017-ci illərdə Rabitəbank ASC-nin Daxili audit departamentinin baş auditoru və şöbə rəisi olaraq çalışıb. 2019-2024-cü illərdə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, hazırda Azərbaycan Dəmir Yolları QSC-nin tabeli strukturu olan ADY Ekspress MMC-nin Daxili audit xidmətinin rəhbəri olaraq çalışır. Z.Baxşəliyev 2024-cü ilin fevral ayından etibarən Rabitəbankda Audit Komitəsinin müstəqil üzvü kimi də fəaliyyət göstərir.

Z.Baxşəliyev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr pillələrində təhsil alıb.

Qeyd edək ki R.Abasov və Z.Baxşəliyev, həmçinin Rabitəbankda Korporativ idarəetmə və Risklərin idarəetməsi komitələrinin üzvü kimi də fəaliyyət göstərəcəklər.

Rabitəbank ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Tarix
2024.05.16 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla