Yuxarı

Qubadlıya ilk köçün vaxtı açıqlandı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubadlıya ilk köçün vaxtı açıqlandı - Rəsmi

Bu ilin sonunadək Qubadlı rayonunun 2 kəndinə ilk köç nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bu barədə Report-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır:

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Qubadlı rayonunun Zilanlı kəndinə 134, Mahruzlu kəndinə isə 93 ailənin köçürülməsi planlaşdırılır".

İ.Mirzəyev həmçinin qeyd edib ki, bu il işğaldan azad olunan Ağdam rayonunun üç kəndinə də ilk köçün olması nəzərdə tutulur:

"Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndləri yenidən salınır. Bu ilin sonuna qədər Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə isə 203 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlər arasında sorğular həyata keçirilir. Doğma yurda qayıdacaq ailələrin sayı və tərkibi dəqiqləşdirilir, sosial vəziyyəti və məşğulluq imkanları qiymətləndirilir, eləcə də məlumatlandırma, təbliğat-təşviqat işləri aparılır və köçürülmənin texniki-təşkilati məsələləri həll olunur".

Tarix
2024.05.16 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla