Ana səhifə Gündəm |
Martın 29-31-də geomaqnit vəziyyətin orta gərginlikdə olacağı proqnozlaşdırılır.
"Axar.az" APA-ya istinadən xəbər verir ki,
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına
Şamaxı Astrofizika Rəsədxanası yaxın 3 gün ərzində (29,30,31 mart
tarixlərində) müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş
aktivliyi və geomaqnit qasırğa) açıqlayıb.
APA-nın AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən
verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev
bildirib ki, proqnozlaşdırılan günlərdə kosmik hava stabil
vəziyyətdə olacaq.
Onun sözlərinə görə, hazırda günəşin diskinin 9 regionunda 125
müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. Bu ayın son gülərində
əvvəlki günlərdə olduğu kimi Günəşin alovlanma aktivliyinin orta
səviyyədə qalacağı, onun yayılmasının orta enerjidə-M klass və zəif
həddə ola biləcəyi proqnozlaşdırılır.
Kosmik havanın öyrənilməsi istiqamətində aparılan analizlərin
nəticəsi göstərir ki, proqnozlaşdırılan günlərdə ümumi (planetar)
geomaqnit vəziyyət orta gərginlikdə olacaq.
Bu günlərdə meteoroloji şəraitin tez-tez və kəskin dəyişməsi risk
qrupuna daxil olan xroniki xəstəliklər, yaşlı insanlar və uşaqların
səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas
insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlərin
görülməsi tövsiyə olunur.
Tarix
2014.03.29 / 19:10
|
Müəllif
Axar.az
|