Yuxarı

Ərdoğanın müşaviri jurnalisti həbs etdirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbulun Sarıyer bölgəsində təşkil edilən mitinqi zamanı "Zaman" qəzetinin müxbiri Dərviş Gənc həbs edilib.

Dərviş Gənc mitinq zamanı Ərdoğanın məsləhətçisi Mustafa Varankın fotoşəklini çəkmək istəyib. Bu zaman Varank şikayət edib və Dərviş Gənc polis tərəfindən həbs edilib. Polislər Dərviş Gəncin şöbəyə aparılaraq ifadəsi alınacağını bildiriblər.

Qeyd edək ki, bu gün Sarıyerdə baş vermiş hadisəyə oxşar hadisə martın 13-də hakim partiya AKP-nin Mersin mitinqində də yaşanıb. Ancaq onda jurnalist həbs edilməmişdi. Həmin gün Türkiyə qəzetinin yazarı Yıldıray Oğur baş nazir Rəcəb Tayyib Ərdoğanın müşaviri Mustafa Varank ilə birlikdə söhbət edərkən "Zaman" qəzetinin foto müxbiri Mevlüt Karabulut onların şəklini çəkmişdi. Yıldıray Oğur Mevlüt Karabuluta "güdükçü fotoqrafiya axınının banisi" deyərək onu hədələmişdi.

"Zaman" qəzeti hazırda Rəcəb Tayyib Ərdoğanın ən böyük siyasi düşməninə çevrilmiş dini icma lideri Fətullah Gülənə yaxınlığı ilə seçilir (ANS).

Tarix
2014.03.29 / 20:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla