Yuxarı

Onun İlham Rəhimovun yanında olması lazımdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onun İlham Rəhimovun yanında olması lazımdır

Bu gün Aslan İsmayılov yenidən "Azadlıq" qəzetində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevi aşağılamağa çalışıb və utanmadan növbəti dəfə yalan danışıb. Bu adam özü haqqında yazılan epitetləri həvəslə təkrarlamaqla yenidən ictimaiyyəti çaşdırmaq istəyir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı vəkil Aslan İsmayılova yazısına cavab olaraq öz Feysbuk səhifəsində qeyd edib. O bildirib ki, Aslan İsmayılovun İlham Rəhimovun yanında olması hökumətə lazımdır:

“Əvvəla, aslan ismayılov, sən Qüdrət bəyi müdafiə edənləri məhkəməyə verəndən sonra, o da səni İlham Rəhimova yaltaqlanmaq və yarınmaq üçün onu tərbiyəsiz formada təhqir etdiyinə görə məhkəməyə verdi. Amma sənin haqqında cinayət işi başladılmadı. Çünki hökumətə sənin İlham Rəhimovun yanında olmağın lazımdır. Sənin kimliyini hamı bilir. İlham Rəhimovdan heç bir əsas olmadan üzr istədiyin andan. Ancaq o gedişin də işə yaramadı. Qüdrət bəyin İlham Rəhimovla bağlı müsahibəsi isə sənin üçün lap göydəndüşmə oldu və işinə yaradı. Artıq Rəhimovun tədbirlərində görünürsən. Vaxtilə Rüstəm İbrahimbəyovun da yanına göndərilmişdin. Bəzi "işləri" yaxşı bacardığın üçün bilirsən ki, heç kim səni məsuliyyətə cəlb etməyəcək. Ona görə də hamını təhqir edir, böhtan atırsan, yanında olduqların sənə inansın deyə. O qədər əndazədən çıxmısan ki, məhkəmədə "mənim xeyrimə qərar çıxarmasanız, mənə deyilənləri Fuad Ələsgərova, Ramiz Rzayeva aid edəcəyəm" deyirsən. Sən həmişə birinci şəxslərə yaltaqlanmısan və bu, sənin xarakterindir. Parlamentdəki çıxışın da Rəhim Qazıyevin ifşasına yox, təzə iqtidara yarınmaq üçün edilmişdi, inanmırsan, bir də həmin cıxışına qulaq as...”

Tarix
2016.12.22 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla