Axar.az
Yuxarı

Axar.Az Logo

Millət vəkili cəbhədə baş verən toqquşmadan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisə birbaşa Ermənistanın və işğalçı ölkənin silahlı qüvvələrinin təxribatıdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sərhəddə baş verən bugünkü toqquşmalarla bağlı yazıb. O qeyd edib ki, Tovuzla, aidiyyəti qurumlarla tez-tez danış:

“Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını layiqli şəkildə alıb, sərhədlərimizi, mülkü vətəndaşlarımızı qoruyub. Müdafiə Nazirliyinin yaydığı məlumatda da deyildiyi kimi, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Amma təəssüf ki, işğalçı Ermənistan və onların havadarları hər zaman olduğu kimi yenə də yalan idddialarla Azərbaycanı günahlandırmağa çalışırlar”.

Millət vəkili bildirib ki, bu, ilk hadisə deyil, son zamanlar Tovuz və digər istiqamətlərdə işğalçı ölkənin ordusu dəfələrlə təxribatlara əl atıb, amma hər dəfə də ordumuzun layiqli cavabı ilə qarşılaşıb:

“ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin təmsilçiləri ümumi açıqlamalar verməkdənsə, işğalçı ölkədən işğalı bitirməsini tələb etsələr, o zaman münaqişə də həllini tapa bilər. Bir az əvvəl oxudum ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibi Nikolay Bordyuja baş verən hadisəni təxribat adlandırıb. Amma bu təxribatı törədən ölkənin Ermənistan olduğunu deməyib. Hər zaman olduğu kimi... Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun taleyi bütün ölkəmizi və insanlarımızın diqqətindədir. Onun taleyinə aydınlıq gətirilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparmağa başladığını açıqlayıb. Allah əsgər qardaşımıza yardımçı olsun və tezliklə onun taleyi ilə bağlı məlumatlar aydınlaşsın və müsbət xəbərlər alaq inşallah. Ölkəmizin bütün istiqamətlərində olduğu kimi, Tovuz istiqamətində də ordumuz düşmənə layiqli cavab vermək səviyyəsindədir və bütün insanlarımız inanır ki, işğalçı ölkənin hər bir təxribatının qarşısı layiqincə alınacaq. Allah bütün ordumuzu, əsgər və hərbiçilərimizi qorusun!”

Tarix
2016.12.29 / 23:31
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyevin müsahibəsində bu məqamlara xüsusi diqqət - Əl Hərir

Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs Bakıda

AKP-dən Ermənistanın sərhəddəki təxribatına reaksiya

Sülhməramlılar Xankəndidə xatirə mitinqi keçirdi

Şeyx ittihamlara cavab verdi: Heç kimin qucağında olmamışam

Əla fürsət var, paytaxtı Qarabağa köçürək – Millət vəkili

Şəhidimizə görə cavab zərbəsi: 11 erməni əsgər məhv edildi

Şimali Kipri 5 ölkə tanıyacaq: Azərbaycan da var!

Sərhəddə ermənilər təlaşda: Kəndlər boşaldılır

Minsk Qrupunun fəaliyyəti mənasızdır - “Foreign Policy”

KULT
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla