Yuxarı

Müdafiə Nazirliyində yeni həbs dalğası gözlənilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər".

Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, hələ ki, mətbuata demədiyi ciddi faktların olduğunu bildirib:

"Bizim mətbuata demədiyimiz son dərəcə ciddi faktlar var. Təsəvvür edin ki, Hərbi Dəniz Qüvvələri üçün İsraildən son dərəcə bahalı gəmi boyaları alınmışdı. O boyalar gəmilərə həm onları korroziya, dağılma, həm də möhkəmliyi nöqteyi-nəzərindən çəkilirdi. Amma bizim çiynində yekə ulduz gəzdirən bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər. Bu, bəzi mütəxəssisləri dəhşətə gətirmişdi. FAB boyalarının təyinatı tamam başqa məqsədlər üçündür. Gəmi boyası başqa təyinatlıdır".

Ekspert yaxın günlərdə yenə həbslərin olacağını deyib:

"Təsəvvür edin ki, qərargah rəisi Nizamnamə qaydalarını pozmağa görə həbs edilir. Bu, növbətçi maddədir və sonrakı günlərdə ona qarşı başqa maddələrin də irəli sürülməsi nəzərdə tutulub. Açığını deyim, Yunus Məmmədovdan sonra növbə Müdafiə Nazirliyindəki bir neçə yüksək rütbəli şəxslərin olacaq. Amma onların həbs olunma ehtimalı bir qədər azdır. Onlarla bağlı müvəqqəti qərar qəbul ediləcək, faktiki olaraq işdən azad olunacaqlar".

Qeyd edək ki, bu gün Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi polkovnik Yunus Məmmədov həbs edilib.

Tarix
2014.04.04 / 17:05
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla