Yuxarı

Ərdoğanın səfəri Rusiyaya mesaj idi - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu səfər Rusiyaya, həm də onun əlaltısı olan Ermənistana mesaj idi".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Hərbi vertolyotlar alacağıq

O, Ərdoğanla Əliyevin görüşündə daha çox hərbi əməkdaşlığın müzakirə olunduğunu bildirib:

"Ərdoğanın səfəri işgüzar xarakter daşıdığından heç bir sənəd imzalanmadı. Ümumiyyətlə, bu səfər qəflətən meydana çıxmış səfər təəssüratı bağladı. Görünür, hərbi əməkdaşlıq daha çox müzakirə olunub. Çünki bundan öncə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfərə gəlmişdi. Azərbaycan Türkiyədən böyük hərbi vertolyotlar almaq istəyir. Bu məsələ yəqin ki, dəqiqləşib. Bundan başqa isə birgə silah hazırlama sahəsində Müdafiə nazirləri arasında şifahi danışıqlar oldu. Görünür, bununla da bağlı razılıq əldə olunub".

Azərbaycan Ordusunu türk zabitlər hazırlayacaq?

Politoloq Ərdoğanın bu səfərinin Rusiyaya mesaj olduğunu qeyd edib:

"Ərdoğanın səfəri regionda vəziyyəti çətinləşdirməyə çalışan qüvvələrə cavab idi. Yəni ki, Azərbaycan tək deyil və onun yanında Türkiyə kimi regional güc, NATO ölkəsi olan dövlət dayanıb. Bu, Rusiyaya, həm də onun əlaltısı olan Ermənistana mesaj idi. Belə fikir yaranmışdı ki, Rusiya BMT-də səsverməyə görə, Azərbaycanı cəzalandıracaq. O isə həmişə Ermənistanla bunu edirdi. Cəbhədəki əsgərlərin döyüş texnikasını artırmaq və bura əlavə döyüş texnikası yeritmək məsələsi də müzakirə olunub. Deyərdim ki, Türkiyədən Azərbaycana hərbi təlimatçıların göndərilməsi və xüsusilə komando tipli dəstələrin hazırlanması məsələsi gündəmdədir".

Nurçularla bağlı araşdırma başlandı

Qabil Hüseynli aparılan araşdırmalardan sonra Azərbaycanın bəzi məmurlara qarşı əməliyyata başlayacağını söyləyib:

"Azərbaycanın özü də nurçuları dövlətçilik üçün təhlükə hesab edir. Türkiyənin etdiyi rica və verdiyi siyahı bunun üçün yetərli deyil. Azərbaycan yaxşı başa düşür ki, paralel dövlət strukturları yaratmağa çalışan təşkilatlar kifayət qədər təhlükəlidir. O bu istiqamətdə də fəaliyyətini davam etdirəcək. Azərbaycan kifayət qədər iş görüb. Nurçuların Azərbaycanda əsas dayağı olan təhsil müəssisələri SOCAR-ın nəzdinə verilib. Hələ ki, araşdırmalar davam edir. Bu araşdırmalar başa çatdıqdan sonra dövlətə sızmış məmurların təmizlənməsinə başlanılacaq".

Qeyd edək ki, türk mediası ("Takvim") Ərdoğanın Azərbaycan prezidentinə nurçuların siyahısını təqdim etməsiylə bağlı məlumat yayıb.

Tarix
2014.04.05 / 10:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla