Yuxarı

“Lavrov bir daha təsdiqlədi ki, Qarabağ…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BAXCP hər zaman açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağı Rusiya işğal edib və bütün danışıqlar də Ermənistanla deyil, Rusiya ilə aparılmalıdır. Lavrovun ötəngünkü açıqlaması da bir daha bunu sübut etdi.

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib. O qeyd edib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid deyil” fikirləri beynəlxalq hüquqa ziddir:

“Necə yəni Azərbaycanın daxili işlərinə aid deyil? BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsi var. Elə Rusiya BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi 4 qətnamənin qəbul olunmasına səs verib. Bütün dünya Qarabağı Azərbaycanın ərazısı kimi tanıyır və dəstəkləyir. Bu, bizim birbaşa hüququmuzdur ki, işğal olunmuş ərazilərimizi işğaldan azad edək. Beynəlxalq hüquq da bizim tərəfimizdədir“.

Niyaməddin Orduxanlı Sergey Lavrovun daim Ermənistanın maraqlarından çıxış etdiyini də xatırladıb: “Lavrovu bu bəyanatına həm rəsmilərimiz, həm ictimaiyyət - QHT-lər, siyasi təşkilatlar, partiyalar, fəallar, bütölükdə xalqımız etiraz etməlidir. Onsuz da Lavrovu Azəraycan cəmiyyəti ermənilərlə qan qohumu olan siyasətçi kimi tanıyır. Və onun bu bəyanatı cəmiyyətimiz üçün gözlənilən idi. Ancaq Azərbaycan xalqı öz torpağını azad etmək hüququna sahibdir və bu. Dəfələrlə ən yüksək beynəlxalq kürsülərdən elan edilib. Aprel döyüşləri də göstərdi ki, bizim xalq öz torpağını azad etmək üçün hər an hazırdır“.

Tarix
2017.01.18 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla