Yuxarı

Lavrov Oskanyanın qoluna elə girdi ki... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı son bəyanatı ətrafında sosial şəbəkələrdə qızğın müzakirələr gedir. Əziz dostlar, Rusiya nə zaman Qarabağ probleminin həllində ədalətli, obyektiv mövqe tutub ki, Lavrovun son bəyanatından da ədalətli mövqe gözləyək.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Sergey Lavrovun bugünkü mətbuat konfransında Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirdiyi qalmaqallı bəyanata reaksiya verərkən qeyd edib. Q.paşayeva vurğulayıb ki, Rusiya hər zaman işğalçı Ermənistanın yanında olub və bu gün də onun yanındadır:

“Hamınızın bildiyi həqiqəti bir az daha açıq yazım: Ermənistan Azərbaycan torpaqlarını o zamanlar məhz Rusiyanın dəstəyi, hərbi yardımı ilə işğal etmişdi. Lavrova gəlincə, yadımdadır, televiziyada işlədiyim dövrdə Qarabağla bağlı danışıqlar gedirdi. Biz də gözləyirdik. Həmin bu Lavrov gəlib o zamankı xarici işlər naziri Oskanyanın qoluna elə mehribanlıqla girdi, bir tərəfə çəkilib qardaş mehribanlığı ilə qızğın müzakirələr aparırdılar ki, onları çəkən kameraları belə unutmuşdular... Qarabağla bağlı o müzakirələrdən gəlib elə həmn kadrı vermişdim və altına da “şərhsiz” deyə yazmışdım...

İşğal altında olan torpaqlarımıza gəlincə. Onu azad etmək üçün biz sadəcə öz gücümüzə arxalanmalıyıq. Yanımızda isə sadəcə Türkiyə, Pakistan və başqa çox az sayda bir neçə səmimi qardaş-dost ölkə var və olacaq. Yaxşı günün dostları çox olur amma çətin günün dostu-qardaşı kimdir, onu da hamımız bilirik”.

Millət vəkili Aprel savaşının Lavrovu yaman narahat etdiyini də xatırladıb.

Tarix
2017.01.18 / 09:00
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla