Yuxarı

İran işğalçı İrəvana yardım edən yeganə müsəlman ölkədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruhaninin İrəvana səfərindən sonra Ermənistan-İran münasibətləri daha intensiv xarakter almağa başlayıb.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, İran Ermənistanla təkcə iqtisadi deyil, həm də mədəni əlaqələrin inkişafına böyük diqqət göstərir

“İranın Ermənistanla əlaqələri Azərbaycan torpaqlarının işğalı anından yaranıb və hazırda yüksələn xətlə inkişaf edir. Uzun müddətdir ki, Ermənistandan keçməklə Gürcüstana, hətta gələcəkdə buradan da Avropa bazarlarına çıxa biləcək qaz kəmərinin çəkilməsi haqqında ciddi danışıqlar gedir. Doğrudur, bu danışıqlarda Tiflis də müəyyən siyasi manevrlərə yol verdi. Ancaq o da bəllidir ki, Avropa İran qazının alınması ilə bağlı zərrə qədər də fikirləşmir. Üstəlik, Ermənistanın əlverişsiz relyefi belə tikintini perspektivsiz edir”.

Politoloq həmçinin Tehranın son zamanlar İrəvanın çatışmayan mallara olan ehtiyacını qarşılamasının da diqqətdən yayınmadığını bildirib

“İrəvan bazarlarında iranlı tacirlərin üstünlük təşkil etdiyinə dair məlumatlar var. Ən xoşagəlməz hal ondan ibarətdir ki, iranlı tacirlər Türkiyədən aldıqları yüksək keyfiyyətli malları İrandan keçirərək Ermənistana gətiməklə faktiki olaraq Türkiyənin bu ölkəyə qarşı olan blokadasını yarmış olurlar. Bu məsələdə Gürcüstan tacirləri də müəyyən rol oynayırlar. Hər halda İslam Əməkdaşlıq Təşkilatının Ermənistana qarşı bəyan etdiyi fikirlərə əhəmiyyət verməyən yeganə müsəlman dövləti İrandır”.

Xatırladaq ki, Prezident İlham Əliyev “Əl-Cəzirə” kanalına müsahibəsində təcavüzkar Ermənistanı İslam Əməkdaşlıq Təşkilatına üzv olan bəzi ölkələrin iqtisadi-siyasi baxımdan dəstəkləməsinin təəccüblü olduğunu bildirib “Bu erməni vəhşiliyi təkcə Azərbaycanın tarixi irsinə qarşı deyil, eyni zamanda, İslam dəyərlərinə, İslam tarixi irsinə qarşı olan hücumdur. Buna görə də bəzən Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdləri çox təəccüb doğurur. Hesab edirik ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri Ermənistan ilə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır”.

Tarix
2017.02.19 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla