Yuxarı

Azərbaycan radikal dini qrupları məhv etməyə başlayıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan dövləti radikal dini qrupların fəaliyyətinə xitam verilməsi prosesinə başlayıb".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Azərbaycanda dini separatçılıq üçün əlverişli şəraitin olmadığını bildirib:

"Mən qəbul etmirəm ki, dini radikallardan bizə qarşı istifadə edəcəklər. Azərbaycan ateist birlikdən çıxmış dövlətdir. Həmin dövlətdə ateizm dövlət ideologiyası səviyyəsinə qaldırılmışdı. Dekrulizasiya – yəni cəmiyyətin dini baxışlardan arındırılması prosesi getmişdi. Bu gün Azərbaycan cəmiyyətində dinə loyal münasibət var, amma fanatik dindarın sayı azdır. Bundan başqa müəyyən dini qruplaşmalar var ki, onlar qanunla qadağandır. Azərbaycan dövləti radikal dini qrupların fəaliyyətinə xitam verilməsi prosesinə başlayıb. Azərbaycanda dini zəmində separatçılıq hərəkətlərinin başlanması üçün heç bir əlverişli şərait yoxdur. Ona görə də ölkəmizdə dini zəmində heç bir separatçılıq fəaliyyəti yaratmaq mümkün olmayacaq. Şimali Qafqazda isə dini separatizm yox, etnik separatizm daha güclüdür. Doğrudur, çeçenlər bəzən Rusiyaya qarşı cihad formatından istifadə edirlər. Azərbaycanda isə dindarların dini siyasi hisslərini coşdura biləcək ictimai-siyasi zəmin yoxdur".

Tarix
2014.04.17 / 11:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla