Yuxarı

“Şamaxı” gəmisinin təyinatı dəyişdirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Şamaxı” tankerinin təyinatı dəyişdirilir.

Səhmdar Cəmiyyətdən Axar.az-a verilən məlumata görə, 1988-ci ildən fasiləsiz neft və neft məhsulları daşıyan gəmi əsaslı təmir və yenidənqurmadan sonra təmizləyici stansiya kimi fəaliyyət göstərəcək.

Gəminin təmiri xüsusi layihə əsasında həyata keçirilir. Layihəyə əsasən “Şamaxı”da yeni təyinatlı sistemlər quraşdırılacaq, saatda 7 kubmetr məhsuldarlığa malik iki buxar qazanı qoyulacaq ki, bu da tələbatı tam ödəyə biləcək. Onun gövdə və sualtı hissələri də təmir olunacaq. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlərin yekununda “Şamaxı”nın rənglənməsi də nəzərdə tutulur.

Stansiya hərəkətsiz qalmayacaq, zərurət yarananda başqa limanlarda gəmilərə operativ xidmət göstərmək üçün üzə biləcək. Yəni, baş mühərrikləri işlək vəziyyətə gətiriləcək. Bu məqsədlə hazırda təmirlə paralel, sənədləşdirmə işləri də aparılır. Təmizləyici stansiyanın cari ilin iyulunda istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əvvəllər də təmizləyici stansiyası olub. Həmin gəmi istismar müddətini başa vurduğundan yenisinə ehtiyac yaranıb. Köhnə təmizləyici stansiyanın da üstündən birdəfəlik xətt çəkilməyəcək. Belə ki, onun gələcəkdə muzeyə çevrilməsi nəzərdə tutulur.

Tarix
2017.02.20 / 18:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla