Yuxarı

“Ermənilərin Xocalı planı ələ keçmişdi, lakin...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Xocalı hadisəsindən əvvəl kəşfiyyata gedəndə bir neçə erməni hərbçisini əsir gətirdik. Həmin vaxt onların əlində olan Xocalı əməliyyatı planını da əldə edib, komandanlığa təqdim etdik.

Axar.az xəbər verir ki, bu sözləri Xocalı soyqırımının canlı şahidi, ikinci qrup Qarabağ əlili İsrail İsmayılov Moderator.az-a müsahibəsində deyib. O, Xocalı qırğınından əvvəl ermənilərin bu plan üzrə hərəkət etdiyini bildirib:

“Ermənilər Xocalıya hücumdan bir neçə gün əvvəl bütün yolları bağlamışdılar. Şəhər bir neçə gün mühasirədə qaldı. Heç kimdən kömək yox idi, Xocalıya hücum olunan gün ümumiyyətlə rabitə əlaqəsi də kəsildi. Ermənilər şəhəri axşamüstü hər tərəfdən atəşə tutmağa başladılar. Həmin vaxt əhali pərən-pərən düşdü, hər tərəfə səpələndi. Xocalı sakinlərinin yarısı Laçın, yarısı da Əsgəran tərəfə üz tutdu. Ermənilər yollarda pusqu qurub dinc sakinləri qırırdılar. Biz çalışırdıq ki, sakinləri şəhərdən sağ çıxaraq. Xocalı sakinlərini Ağdama yola salırdıq. O döyüşlərdə Milli Qəhrəmanımız polis kapitanı Əlif Hacıyev və komandirimiz Milli Qəhrəman Tofiq Hüseynov şəhid oldu”.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı bölmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım törədib. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Tarix
2017.02.26 / 20:01
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla