Yuxarı

Beynəlxalq hərbi tribunal keçirilməlidir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımı şəhidləri anılıb.

Axar.az xəbər verir ki, Azərbaycanın Avstraliyadakı fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə ölkə parlamentinin deputatları, o cümlədən Melburndan olan deputat Culian Hill, parlamentlərarası dostluq qrupunun üzvləri, Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, mediya təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Tədbirə millət vəkilləri Xanlar Fətiyev və Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva da qatılıb.

A.Mollazadə Xocalı faciəsindən söz açaraq vurğulayıb ki, bu cinayəti törədənlərə qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir.

“Bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının tərkib hissəsidir. Xocalı soyqırımını törədənlərə ədalətli cəza verilməsi üçün beynəlxalq hərbi tribunal keçirilməlidir”.

Avstraliya hökümətinin sabiq naziri Alan Qriffin bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüquq normaları əsasında həll olunmalı, bütün qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır.

Azərbaycanın Avstraliyadakı səfirliyinin təmsilçisi Elcan Həbibzadə vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Tarix
2017.02.27 / 11:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla