Yuxarı

Lavrov: "Qarabağla bağlı razılıq əldə etmişik, ancaq..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov: "Qarabağla bağlı razılıq əldə etmişik, ancaq..."

Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır, özü də iki ölkənin mövqeləri əsas mövqelərin çoxu üzrə üst-üstə düşür. Bu sözləri Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov martın 6-da Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla danışıqlar başa çatandan sonra söyləyib.

Axar.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri ilə danışıqların konstruktiv keçdiyini vurğulayan rusiyalı nazir deyib: “Biz qarşıdakı görüşlərin, o cümlədən yüksək səviyyədə görüşlərin cədvəlini müzakirə etdik, iqtisadi sahədə vəziyyəti nəzərdən keçirdik”.

S.Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında məqbul nəticələrin axtarışına kömək göstərməyə davam edəcək. O deyib: “Söz yox ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya istər Bakı və Yerevan ilə ikitərəfli münasibətlərimiz çərçivəsində, istər üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşləri formatında və əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə qismində tərəflər üçün məqbul nəticələrin axtarışına bundan sonra da kömək edəcək. Bizim bütün addımlarımız həmsədrlər, - tərəfdaşlarımız olan ABŞ və Fransa nəzərdə tutulur, - tərəfindən işlənib hazırlanan prinsipial yanaşmalar məcrasında atılır”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlana biləcəyini diqqətə çatdıran S.Lavrov deyib: “Biz ümid bəsləyirik ki, Qarabağ münaqişəsi nizamlana bilər. Biz yekun qərarın aspektlərindən çoxu üzrə razılıq əldə etmişik, amma yekun paket üçün mühüm olan iki-üç mövzu hələlik müzakirə edilir. Səmimi deyim ki, tərəflərin bu qalan məsələlər üzrə vahid mövqeyə gəlmələrindən hələ çox uzağıq”.

Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün prinsipial məsələ olduğunu bəyan edən Elmar Məmmədyarov deyib: “Azərbaycan ərazisinin 20 faizi işğal edilib və burada etnik təmizləmə aparılıb. Orada yaşayan insanların geri qaytarılması, silahlı qarşıdurmanın azaldılması istiqamətində hər hansı irəliləyiş Azərbaycanın milli maraqlarına cavab verir. Nizamlama prosesində hər şeyin təkcə Azərbaycandan və vasitəçilərdən asılı olmadığını diqqətə çatdıran nazir deyib: “Rusiya bu münaqişəni nizamlamaq üçün çox ciddi səylər göstərir, biz bu gün onları ətraflı müzakirə etdik. Onları Azərbaycanda da, Ermənistanda da eşidirlər, müəyyən perspektivlər var”.

Rusiyanın xarici işlər naziri S.Lavrov Xəzər dənizinin statusu üzrə danışıqlar məsələsinə toxunaraq ümidvar olduğunu bildirib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işi başa çatdırmaq və Xəzər dənizinə dair növbəti sammiti Qazaxıstanda keçirməyi planlaşdıran dövlət başçıları üçün bir sıra digər sənədlər hazırlamaq mümkün olacaq.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çox məzmunlu olub, bir çox məsələlər, o cümlədən Xəzərin statusu məsələsi müzakirə edilib. O vurğulayıb ki, üç Xəzəryanı dövlətin mövqeyi birdir, İran orta xətt ideyası ilə bütövlükdə razıdır. Nazir deyib: “Zənnimcə, biz irəli gedirik və çox müsbət məqamlar var”.

E.Məmmədyarov və S.Lavrov Azərbaycan ilə Rusiyanın xarici işlər nazirlikləri arasında 2017-2018-ci illər üçün məsləhətləşmələr planını da imzalayıblar.

Tarix
2017.03.06 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı beynəlxalq əməkdaşlıq platformalarının mərkəz oyunçusudur

Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında

Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı

Nə qədər ərazi minalardan təmizlənib? - XİN

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

28 maddəlik sülh: Zelenski dalana dirənib, Putin də narazıdır

Terrorçuluqda təqsirləndirilən Mürsəlovun cəzası bəlli oldu

Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi

YAP-ın 33-cü ildönümü münasibətilə tədbir keçirildi

Cümşüd Nuriyev partiyadan qovuldu

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla