Yuxarı

Şeyx QMİ-də ciddi kadr islahatlarına başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclası keçirilib.

"Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, toplantıda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və tövsiyyələrini səsləndirib. İclasda Şuranın fəaliyyətinə dair məsələlər müzakirədə QMİ-də ciddi struktur və kadr islahatlarının həyata keçirilməsinə dair müvafiq qərarlar qəbul olunub. Yeni qərara əsasən idarənin bölgələr üzrə səlahiyyətli nümayəndəlikləri ləğv edilib.

Bunun bazasında isə regionun rayonlar üzrə ayrı-ayrılıqda nümayəndələri müəyyənləşdirilib. QMİ sədrinin səlahiyyətli nümayəndələrinin seçilməsi səsvermə yolu ilə baş tutub. Bölgələr üzrə səlahiyyətli nümayəndələr isə daha yüksək posta təyinat alıblar. Onlar bölgələr üzrə QMİ-nin Qazilər Şurasına üzv seçiliblər. Rayon axundları isə QMİ-nin həmin ərazi üzrə səlahiyyətli nümayəndə statusuna layiq görülüblər. Hələlik bəzi rayonlara QMİ-nin səlahiyyətli nümayəndələri seçilməsi prosesi tam yekunlaşmayıb. Bölgələr üzrə seçilmiş qazilər isə yaxın günlərdə öz işlərinin icrasına başlayacaqlar. Bununla da Qazilər Şurasının üzvlərinin sayı artırılıb. Bu barədə rəsmi mövqe öyrənmək üçün QMİ-nin aydiyyəti şəxslərinə edilən müraciətlərimiz cavabsız qalıb.

Tarix
2014.04.22 / 13:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla