Yuxarı

İrəvan Moskvadan üz döndərir – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Moskvadan üz döndərir – Səbəb

Rusiyanın Dağlıq Qarabağla bağlı hazırkı mövqeyi anlaşılan deyil.

Bu sözləri Rusiyanın yenidən sülhməramlılar məsələsini gündəmə gətirməsi ilə bağlı Axar.az-a danışan politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, Rusiya tərəfindən sülhməramlıların bölgəyə yerləşdirilməsi məsələsinin irəli sürülməsi birinci dəfə deyil:

“Lavrov planı çərçivəsində belə bir təşəbbüsün Moskva tərəfindən irəli sürülməsi indiki məqamda Bakını heç cür qane edə bilməz. Çünki Dağlıq Qarabağ münaqişəsi sülhməramlıların bölgəyə yerləşdirilməsi ilə həll olunmur. Əvvəlcə torpaqlarımız azad olunmalı, qaçqınlar geri qayıtmalı, ən sonda isə status məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Politoloq bu fonda Sərkisyanın Qərb ölkələrinə səfərlərinə də diqqət çəkib:

“İrəvan hiss edir ki, Rusiya son zamanlar Ermənistanı birmənalı şəkildə dəstəkləmir, sadəcə danışıqlara çağırır. İrəvana görə Rusiya ən azı onların tərəfində vuruşmalıdır. Ancaq Moskva bunu etmir. Ermənistan hərbi müttəfiqinin bu davranışlarına tab gətirə bilmir və ona görə də Qərbə üz tutmaq məcburiyyətində qalıb. Əslində isə Ermənistanın Rusiya çərçivəsindən çıxması mümkün deyil. Moskva heç vaxt Ermənistanın hanısa Qərb ittifaqına və ya alyansına daxil olmasına imkan verməyəcək. Rusiyanın Ermənistan üzərindəki təsiri elə dəyişməz olaraq da qalacaq”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bir müddət öncə tərəflərin Qarabağ nizamlanmasının mühüm aspektləri üzrə razılaşa bilmədiklərini, ancaq müəyyən müddəalar üzrə “razılaşmalar”ın mövcud olduğunu dilə gətirib:

“Yekun paket üçün mühüm olan iki-üç konkret mövzu hələlik müzakirə olunmur. Amma biz münaqişənin nizamlanacağına ümid edirik. Ətraf rayonların qaytarılması və orada yaşayan insanlar nəzərə alınmaqla Dağlıq Qarabağın statusunun müəyyən edilməsi mühüm məqamlardır, eyni zamanda, beynəlxalq sülhməramlı qüvvələr mövzusu da müzakirə olunmalıdır”.

Tarix
2017.03.11 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla