Yuxarı

Zakir Həsənovun Türkiyə səfəri türk generallarına cavabdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Uzun müddətdir ki, Azərbaycanı Gömrük İttifaqına daxil etmək üçün təzyiq formasında danışıqlar aparırlar".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Zakir Həsənovun Türkiyə səfərinin türk generallarına cavab olduğunu bildirib:

"Edvard Nalbandyanla Zakir Həsənovun eyni anda müxtəlif ölkələrə səfərlərinin məqsədləri başqa olsa da, onlar arasında yenə də paralellər aparmaq olar. Gün kimi aydındır ki, Rusiya bundan sonra da Ermənistana dəstəyini heç bir zaman əsirgəməyəcək. Hazırda onu özünün yaratdığı ittifaqlardan birinə cəlb edir. Azərbaycanın isə başqa çıxış yolu yoxdur. Türkiyə ilə münasibətlər genişləndirilməlidir. Bu münasibətlərin bir qismi də Naxçıvanla bağlıdır. 1923-cü il Qars müqaviləsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Bu Rusiya ilə bağlanmış müqavilədə öz əksini tapıb. Son dövrlər bölgədə vəziyyətin gərginləşməsi Azərbaycanı məcbur edir ki, həm özünün, həm Naxçıvanın müdafiə potensialını artırmaq üçün bir sıra ölkələrə müraciət etsin. Bunların içərisində birinci yerdə Türkiyə gəlir. Türkiyə ordusunun Baş Qərargah rəisi Bakıya gəldi və burada çox təfərrüatlı söhbətlər oldu. Bunlar birgə müdafiə sənayesi məhsulları istehsalı və ölkənin müdafiəsi məsələsi idi. İndiki səfəri cavab və o danışıqların davamı adlandırmaq olar".

Politoloq Azərbaycanın Rusiyanı qabaqlayaraq beynəlxalq təşkilatlara müraciət etməli olduğunu qeyd edib:

"Hələ ki, Ermənistanın qarşısına Gömrük İttifaqı ilə bərabər Avrasiya İttifaqına da qoşulmaq şərt kimi qoyulur. Bununla da Ermənistanın suverenliyinin bütün ipləri əlindən çıxmış olur və Rusiyanın quberniyasına çevrilir. Amma Ermənistan da Qarabağ konfliktini ATƏT-dən çıxarılması üçün cəhdlər edir. Yəni Dağlıq Qarabağın statusu məsələsi müzakirə obyekti olmamalıdır. Oradakı xalqlar əziyyət çəkmədən müstəqilliklərinə nail olmalıdır. Burada əsas işlərdən biri də onlara Rusiya pasportlarının paylanmasıdır. Mən güman edirəm ki, bu proses Azərbaycan üçün o qədər də xoşagələn mənzərə yaratmayacaq. Azərbaycan prosesləri qabaqlayaraq, BMT və digər beynəlxalq təşkilatlara şikayətlərini verməlidir. Rusiyanın bu addımına pasport ilhaqı da demək olar. Belə proseslərə yol vermək olmaz. İlk dəfə Abxaziya və Cənubi Osetiyada bu yoxlamadan keçirilib, amma onun növbəti dəfə təkrarlanmasına yol vermək olmaz".

Q.Hüseynli Rusiyanın Qarabağda olan ermənilərə öz pasportunu paylaması ehtimalının reallığa çevriləcəyindən qorxduğunu deyib:

"Azərbaycanı uzun müddətdir ki, Gömrük İttifaqına daxil etmək üçün təzyiq formasında danışıqlar aparırlar. Amma Azərbaycan bloklara qoşulmayanlar hərəkatının üzvüdür. Azərbaycan hansısa ittifaqa hələ ki, qoşula bilməz. Təhdid məsələsinə qalınca isə o bundan sonra da davam edəcək və pasport söhbəti də bunun davamıdır. Mən qorxuram ki, pasport məsələsi Qarabağda reallaşa bilsin".

Tarix
2014.04.23 / 23:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla