Yuxarı

Fransa XİN rəhbəri: “Qarabağ münaqişəsinin həllində....”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa XİN rəhbəri: “Qarabağ münaqişəsinin həllində....”

Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov fransalı həmkarına ünvanladığı məktubda ötən dövr ərzində Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, regionlararası, habelə mədəniyyət və təhsil sahələrindəki əməkdaşlıqdan məmnun olduğunu bildirib, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərinin ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı maraq və etimada əsaslanan siyasi dialoqun keyfiyyətindən xəbər verdiyini diqqətə çatdırıb.

İki ölkə arasında uğurlu əməkdaşlıq layihələrini qeyd edən E. Məmmədyarov Bakı Fransız Liseyi, Azərbaycan-Fransız Universiteti, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında imzalanmış regionlararası əməkdaşlıq sahəsində anlaşma memorandumu kimi layihələrin dövlətlərimiz və xalqlarımız arasında dostluğun daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib.

Fransa xarici işlər naziri Jan-Mark Ero isə E. Məmmədyarova ünvanladığı məktubda ötən 25 ilin iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi və mədəniyyət sahələrində daimi inkişafı ilə yadda qaldığını bildirib. Azərbaycan və Fransanın əldə etdiyi çoxlu sayda birgə nailiyyətlərdən bəhs edən nazir 2016-cı ildə ölkəmizdə yaradılmış Azərbaycan-Fransız Universitetinin iki ölkənin dinamik əməkdaşlığının hər bir səviyyədə canlı simvolu olduğunu qeyd edib.

Fransalı nazir həmçinin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçilik səylərini davam etdirəcəyini vurğulayıb.

Tarix
2017.03.16 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla