Yuxarı

Salyanda vəhabinin saqqalını qırxdılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Salyan rayonunda vəhabilər kütləvi etiraz aksiyası keçirməyə hazırlaşır.

Məlumata görə, onların bu yola əl atmasına səbəb rayonun Arbatan kəndində vəhabilərdən birinin saqqalının məcburi qaydada qırxılması olub.

Bundan sonra qəzəblənən vəhabilər sakinlərə aqressiv münasibət bəsləməyə başlayıblar. Kütləvi qarşıdurmadan ehtiyat edən rayonun hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçiriblər. Terror təhlükəsindən sığortalanmaq məqsədilə kənd məktəblərində və xəstəxanalarda 24 saat polis növbəsi təyin olunub.

Əməkdaşımızla söhbətində yerli sakinlər deyib ki, kənd ərazisində az qala qeyri-rəsmi fövqəladə vəziyyət elan edilib: "Vəhhabilər bir müddət əvvəl kənd qəbiristanlığında bəzi məzarları dağıdıblar. Özlərini kənddə çox pis aparırlar. Onların marağına xidmət etməyənlərə sataşırlar. Məktəblilər arasında vəhhabi təbliğatı aparırlar. Bu da bizim narazılığımıza səbəb olur".

Salyan rayon Polis Şöbəsinin Arbatan kənd sahə inspektoru Əhməd Məmmədzadə faktı qismən təsdiqləyib: "Hər iki tərəf dindirilib. Ciddi narahatçılığa əsas yoxdur, vəziyyət nəzarət altındadır". / Aznews.az/

Tarix
2014.04.24 / 14:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla