Yuxarı

Rauf Mirqədirov bəyanat verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirov bəyanat verib. Məlumata görə, bəyanatı R.Mirqədirovun vəkili Fuad Ağayev Feysbukda paylaşıb.

R.Mirqədirov bəyanatda qeyd edir ki, 25 ilə yaxın jurnalist fəaliyyətində həmişə Azərbaycanın milli maraqlarına xidmət edib: "Daim hesab etmişəm ki, Qarabağ məsələsinə, Azərbaycan – Ermənistan münaqişəsinə yanaşmalarda, iqtidar – müxalifət arasında münasibətlərdə, o cümlədən həmin münasibətlərin mətbuatdakı təzahürlərində heç bir qarşıdurma olmamalıdır. Ona görə də, mənim Ermənistanın xeyrinə casusluqda ittiham olunmağımı hüquqi baxımdan hədsiz ədalətsizlik, qanunsuzluq, milli maraqlar baxımından isə xəyanət və Allah qarşısında çox böyük günahdır".

Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq layihələrinin iştirakçısı olmuş Rauf Mirqədirov aprelin 19-da tutulub. O, Ermənistana casusluq etməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. /Teleqraf.com/

Tarix
2014.04.24 / 19:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla