Yuxarı

Haaqada “erməni soyqırımı” abidəsinə etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Haaqada “erməni soyqırımı” abidəsinə etiraz

Türk və Azərbaycan diaspor təşkilatları Hollandiyanın Almelo şəhərində erməni kilsəsinin önündə qondarma erməni soyqırımına xatirə kompleksi tikilməsinə etiraz olaraq Hollandiya Nümayəndələr Palatası qarşısında etiraz aksiyası keçirib.

"Axar.az" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, mitinq zamanı iştirakçılar müxtəlif şüarlar səsləndirib, əllərində ermənilərin bu hərəkətini pisləyən plakatlar, eləcə də Azərbaycan və Türkiyə bayraqları tutublar. Aksiyada Hollandiya Türk Kültür Dərnəkləri Federasiyasının sədri Arif Yakışır və Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildiriblər ki, türk ictimai təşkilatları olaraq erməni icmasının Hollandiyada insanlar arasında xaos yaradacaq qanunsuz olaraq tikdiyi kompleksin sökülməsi üçün Almelo bələdiyyəsi və müvafiq qurumları hərəkətə gətirmək üçün çağırış edirik. Diaspor təşkilatlarının rəhbərləri bu tarixi hadisələri tarixçilərdən ibarət qrupun araşdırmalı olduğunu deyiblər.
Mitinqdə Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi, TOVER, UETD, Türk İslam Kültür Dərnəkləri Federasiyasının və digər təşkilatların təmsilçiləri iştirak ediblər. Ciddi təhlükəsizlik tədbirləri altında keçən aksiya insidentsiz başa çatıb.

Tarix
2014.04.29 / 01:50
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla