Yuxarı

Millət vəkili medalla təltif olundu – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Veteranlar Təşkilatı millət vəkili Qənirə Paşayevanı fəaliyyətinə, beynəlxalq arenalardakı çıxışlarında ölkəmizin təbliğinə, Qarabağ həqiqətlərinin daha da geniş yayılması, gənclər arasında vətənpərvərlik duyğularının daha da artması istiqamətində gördüyü işlərə və həyata keçirdiyi layihələrə görə medalla təltif edib.

Axar.az xəbər verir ki, millət vəkili Azərbaycanın keçdiyi yoldan, əldə etdiyi uğurlardan və onun daha da inkişafı üçün hər bir vətəndaşımızın üzərinə düşən vəzifələrdən söz açıb.

“Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm. Hər bir Azərbaycan insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, işğal altındakı torpaqlarımızın azadlığı üçün çalışmalıdır. Bilirəm ki, buradakı hər bir insanın arzusunu indi dilə gətirəcəm. İnşallah, gələn bu cür tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə də keçirə bilək”.

Millət vəkili Respublika Veteranlar Təşkilatına onu bu medala layiq gördükləri üçün təşəkkür edib.

Tarix
2017.04.24 / 12:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla