Yuxarı

İrəvanın Moskva görüşündən “imtina”sının pərdəarxası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Moskvada görüşünü təşkil etməkdə nə marağı var? Axı Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, Ermənistan rəsmilərinin “biz növbəti görüşdə iştirak etməyəcəyik” açıqlamaları oyundan başqa bir şey deyil:

“Rusiya düşünürdü ki, Azərbaycan Ordusu bir il bundan öncəki hərbi əməliyyatı təkrarlaya bilər. Bu, baş vermədi. Rusiya rəsmilərinin Azərbaycana çoxsaylı səfərləri nəticəsini verdi. Ancaq bu, ümumilikdə hərbi toqquşma ehtimalını azaltmayıb. Snayperlərimiz fəal işləyirlər, elə gün olur ki, işğalçıların iki hərbçisi məhv edilir. Yəni onsuz da atəşkəsə riayət olunmur. Rusiyanın təklifləri isə bizi qane etmir. Ermənistan rəsmilərinin “biz növbəti görüşdə iştirak etməyəcəyik” açıqlamaları isə oyundan başqa bir şey deyil. Guya narazıdırlar. Ancaq əslində, Moskva görüşündə birbaşa özləri maraqlıdırlar, çünki bilirlər ki, Kreml Ermənistanın maraqları əleyhinə addım atmayacaq. Əksinə, naz etməklə Azərbaycanda “əgər Ermənistan danışıqlarda iştirak etmək istəmirsə, Moskvanın dəvətindən imtina edirsə, deməli, bu avtomatik bizim xeyrimizədir, ona görə də Kremlin görüş təklifinə biz düşünmədən razılaşmalıyıq” müzakirələrinin genişlənməsinə şərait yaradırlar. Biz görüşə dərhal razılaşırıq, bizdən sonra onlar da razılaşır, danışıqlar başa çatır, biz görüşdən narazı, onlar isə razı qayıdırlar. Belə görüşdən niyə imtina etsinlər ki? Bu da informasiya müharibəsinin tərkib hissəsidir. Status-kvonun, o cümlədən atəşkəsin uzanmasına yol açan bütün müzakirələr Ermənistanın xeyrinədir”.

Qeyd edək ki, erməni mətbuatı Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünün olmayacağını yazmışdı. Ancaq Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda nazirlər Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüşün aprelin 28-də keçiriləcəyi bildirilib.

Bundan öncə verilən açıqlamada isə görüşün 27 apreldə baş tutacağı bildirilmişdi.

Tarix
2017.04.26 / 15:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla