Yuxarı

Mən fəxrlə demək istəyirəm ki... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən fəxrlə demək istəyirəm ki, Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Belə həyat tərzini heç kimə məcbur etmək mümkün deyil. Tolerantlıq qanda olmalıdır, fikirlər üst-üstə düşmədiyi halda belə qarşılıqlı hörmət çox önəmlidir. Tolerantlıq bizim ənənəvi və mədəni dəyərlərimizin ayrılmaz hissəsidir. Ölkədə xristian və yəhudi icmaları əhalinin əksəriyyətini təşkil edən müsəlmanlarla eyni hüquqlara malikdirlər. Azərbaycanda insanlar dini və etnik mənsubiyyətlərinə görə pis rəftarla qarşılaşmırlar. Sovet dövründə dağıdılmış kilsə və sinaqoqlar dövlətin dəstəyi ilə bərpa olunub.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova qurumun yaz sessiyasında “Avropa dəyərləri təhlükə altında” mövzusunda aparılan debatlar zamanı söyləyib.

S.Qafarova bildirib ki, son dövrlər bir sıra ölkələrdə siyasətçilərin dilindən səslənən rasizmi, ksenofobiyanı təşviq edən fikirlər bizi narahat etməyə bilməz. Dünyada, o cümlədən Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən bu kimi çağırışlar əlbəttə ki, qətiyyətlə pislənilməlidir.

Qlobal miqrasiya hazırda bütün qitəni narahat edən, o cümlədən müəyyən problemlər yaradan bir məsələdir. Bir sıra təşkilatlar və milli dövlətlər bu problemin aradan qaldırılması üçün səylər göstərir, əməli addımlar atılır. Burada, bu tribunadan da bununla bağlı dəfələrlə, demək olar ki, hər sessiyada çağırışlar edilib, həll yollarının müzakirəsi keçirilib. Amma bu problemin köklü həllinə nail olmadan miqrasiya böhranını aradan qaldırmaq faktiki olaraq mümkün görünmür. Təəssüf ki, bir sıra siyasətçilər miqrasiyanın meydana gəlməsinin səbəblərini çox dəqiq bildiklərii, buna baxmayaraq, problemin aradan qaldırılması üçün heç bir addım atmadıqları halda məsələni tamam başqa müstəviyə çəkərək onsuz da çox ağır şəraitdə yaşayan, həyatda qalmaq üçün çox ağır çətinliklərə dözmək məcburiyyətində qalan o insanlara qarşı faktiki linç çağırışları edirlər.

“Hamımız bizi birləşdirən, birgə, təhlükəsizlik və sülh şəraitində yaşamağımızı təmin edən dəyərlərin nədən ibarət olduğunu unutmamalıyıq. Multikulturalizm dəyərlərini, mədəniyyətlərarası dialoqu qorumaq bu gün həyati əhəmiyyət kəsb edən məsələdir”, - deyə S. Qafarova vurğulayıb.

Tarix
2017.04.27 / 00:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla