Yuxarı

Moskvada Qarabağ danışıqlarının gizli – Detalları

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və digər həmsədr dövlətlər başa düşür ki, artıq status-kvonu çox saxlamaq olmaz.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, İrəvanın yenidən danışıqlar masasına qaytarılması müsbət bir tendensiyadır:

“Moskva regiondakı konfliktlərin həllində bir nüfuz sahibi olmağa çalışırsa, onda artıq hərəkətə keçməlidir. Moskva görüşünün qapalı keçirilməsi və bəzi detalların gizli saxlanmasına gəlincə, hesab edirəm ki, görüş yalan-gerçək şərhlərin yayılmaması üçün qapalı keçirilib. Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair elə bir konfidensiallıq yoxdur. Ortada Sankt-Peterburq danışıqları, Madrid prinsipləri və digərləri var. Ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı problemlər hələ də qalmaqdadır. Moskva həm nüfuzunu bərpa etmək, həm də ikinci addımlar atmaq üçün belə görüşləri mütləq intensivləşdirməlidir. Danışıqlar prosesinin olmaması status-kvonun saxlanılmasına xidmət edir”.

Politoloq vurğulayıb ki, məsələnin həlli yönündə addımlar atılmadığından Azərbaycan lokal hərbi əmliyyatlarla İrəvanı danışıqlara masasına qaytarmağa məcbur oldu:

“Hamı bilir ki, bütün bu məsələlərdə açar fiqur məhz Rusiyadır. Moskva isə İrəvanı əldən vermək istəmir. Çünki Rusiya Azərbaycanın xeyrinə hər hansı bir qərar qəbul edəcəyi təqdirdə Ermənistanın Qərbə yönəlməsindən və nəticədə NATO-Rusiya sərhədinin pozulmasından ehtiyat edir. Ancaq Rusiya və digər həmsədr dövlətlər başa düşür ki, artıq status-kvonu çox saxlamaq olmaz. Ona görə də Bakı Moskvadan prinsipial mövqe gözləyir”.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 28 apreldə Moskvada görüşü baş tutub. Görüşdən sonra verilən açıqlamada tərəflərin danışıqlar prosesini davam etdirmək üçün razılığa gəldiyi bildirilib.

Tarix
2017.04.29 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla