Yuxarı

ÜAK-ın ləğvi bu qüvvələrin sifarişidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi narahatlıq doğurur.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

O qeyd edib ki, bu qərar Rusiya ilə Azərbaycan münasibətlərinin yaxşılaşmasından narahat olan qüvvələrin sifarişidir: "Bu qurumun məqsədi Rusiya ilə Azərbaycan əlaqələrinin yaxşılaşmasına dəstək verməkdən ibarət olub. Bu qurum təkcə Rusiyada yaşayan azərbaycanlıların birliyi deyil. Konqres həm Rusiya, həm də Azərbaycan ziyalılarını birləşdirən bir platformadır. Düzdür, bu qərar Rusiyanın daxili işidir. Amma qurumun qeydiyyatının ciddi bir səbəb olmadan ləğv edilməsi təbii proses kimi qəbul edilə bilməz. Rusiya qanunlarına görə, ölkə ərazisində fəaliyyət göstərən hər hansısa bir qurumun sənədlərindəki çatışmazlıqlar Rusiyanın maraqlarına ziddirsə, bu halda həmin qurumun fəaliyyəti dayandırıla bilər. Əgər ölkə maraqlarına zidd deyilsə, təşkilatın sənədləri qanuna uyğun şəklə salınmalıdır. ÜAK-ın fəaliyyət göstərməsi üçün çatışmayan sənədlər də Rusiyanın maraqlarına heç bir xələl gətirmir".

T.Mirkişili hesab edir ki, Rusiyada yaşayan azərbaycanpərəst qüvvələr və Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət edən şəxslər iki ölkənin çoxtərəfli əlaqələrini rəhbər tutaraq bəlli olmayan səbəbdən bu qurumun ləğv edilməsinin qarşısını alacaq.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Tarix
2017.05.19 / 08:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla