Yuxarı

Biz bunun şahidi olduq - Mədət Quliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan dünyada tanınır. Ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan bir gün dünyaya Günəş kimi saçacaq. Bax bu gün biz bunun şahidi oluruq.

APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

M. Quliyev Azərbaycana turist axınını buna misal göstərib:

"Turistlər hər hansı narahatlıq olan, təhlükəsiz sayılmayan ölkəyə gələrlərmi? Təbii ki, gəlməzlər. Bu gün Azərbaycanda əmin-amanlıqdır, ona görə də turistlər ölkəmizə gəlir. Bugünkü gənclər artıq 10-15 il əvvəlki deyillər. Onlar tam azad, müasir dünyanın insanlarıdır. Bu da Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin məntiqi nəticəsidir. Azərbaycan prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Azərbaycan tolerantlığı və dini dözümlülüyü ilə dünyaya nümunədir. Dinindən, irqindən asılı olmayaraq, bütün insanlar ölkəmizdə özlərini çox rahat hiss edirlər. Mədəniyyətimiz sürətlə inkişaf edir. İslam Həmrəyliyi Oyunları Heydər Əliyev tərəfindən əsası qoyulan, prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasətin bir nümayişidir. Bu gün Azərbaycan idmançıları yarışlarda çoxsaylı qələbələr əldə edirlər. Ancaq əsas məqam odur ki, belə bir mötəbər idman yarışı Azərbaycanda keçirilir. Bunun özü artıq Azərbaycan üçün bir qələbədir".

Tarix
2017.05.19 / 15:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla