Yuxarı

Sərkisyanın generallarla görüşü: təxribat başlayır – Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər iki gündür bəyan edirlər ki, Şuşada aeroport açaraq uçuşlar təşkil edirlər. Bildirilir ki, Xocalı aeroportundan uçuşlar turizm axını ilə əlaqədardır. Hazırda Azərbaycanın bütün hava məkanı, o cümlədən Qarabağ nəzarətdə saxlanılır.

Bu sözləri Axar.az-a Ermənistan tərəfinin Şuşada aeroport açaraq uçuşlar təşkil etməsi və ermənilərin Şuşaya köçürülmə siyasəti ilə bağlı məlumatları şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, belə olacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələri mülki uçuşları da diqqətdə saxlayacaq:

“Azərbaycan mülki təyyarələrə qarşı heç bir tədbir görməyəcək. Sadəcə olaraq mülki uçuşlar izləniləcək. Çünki Ermənistandan fərqli olaraq, biz mülki əhalini hədəf almırıq. Ancaq əgər hərbi təyinatlı təxribatlar gözlənilsə, yaxud da aerodramdan qalxan hərbi təyyarələrlə Azərbaycana qarşı hər hansı bir təhlükə yaranarsa, dərhal qarşısı alınacaq”.

Ermənilərin Şuşaya köçürülməsi məsələsinə gəlincə, Şair Ramaldanovun sözlərinə görə, Ermənistan hakimiyyəti başda olmaqla, Qarabağ separatçıları məsələni bu formada qələmə veməklə, öz məqsədlərinə nail olmaq istəyirlər:

“Prinsip etibarilə Şuşa elə bir yerdir ki, orada əhalinin artımı ola bilsin, yay ayı ilə bağlıdır. O cümlədən Suriya qaçqınları da Qarabağ ərazisində yerləşdirilir. Şuşada əhalinin atması hələ söyləntilərdən ibarətdir. Konkret məlumat olmadan bu məsələyə qiymət vermək çətindir. Azərbaycan öz torpaqlarını işğaldan azad edənədək ermənilər bu cür tərxribatlara davam edəcək. Hesab edirəm ki, ermənilərin fəallaşması həm də yay ayı ilə əlaqədardır. Onlar əlavə tədbirlər görməyə başlayıblar. O biri tərəfdən beynəlxalq aləmdə Qarabağla bağlı ikili standartlar hökm sürür. Rusiya isə Ermənistana təzyiq etmək əvəzinə Azərbaycanı təqsirləndirir”.

Polkovnik onu da əlavə edib ki, məhz beynəlxalq qurumların fəaliyyətsizliyi nəticəsində son zamanlar ermənilərin əl-qolu açılıb:

“Sərksiyanın bu yaxınlarda generallarla görüşü də diqqət çəkir. Əgər bu fonda cəbhədə təxribatlar davam edərsə, Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verəcək”.

Tarix
2017.05.26 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla