Yuxarı

Tiflis Bakıya qarşı bu addımı atmaz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Gürcüstan hakimiyyətinə əks olan qüvvələr, bir sıra xarici dairələr və Ermənistan mətbuat vasitələri qanunsuz olaraq Gürcüstandan Azərbaycana keçən Əfqan Muxtarlının həbsi məsələsini siyasiləşdirərək iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar.

Bunu Trend-ə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Ə.Muxtarlı Gürcüstan-Azərbaycan dövlət sərhədini pozmasına, qaçaqmalçılığa, hakimiyyət nümayəndəsinə müqavimət göstərdiyinə görə saxlanılıb: “Məsələ ilə bağlı Gürcüstanın rəsmi şəxsləri də bəyanatlar verib. Orada da Əfqan Muxtarlının sərhədi qanunsuz keçdiyi üçün həbs edildiyi qeyd olunur. Eyni zamanda rəsmi Tiflis bildirib ki, bu vaxta qədər Azərbaycan tərəfi hər hansı bir azərbaycanlının Gürcüstanda fəaliyyətinin məhdudlaşdırılması və təhvil verilməsi ilə bağlı müraciət etməyib. Bununla bağlı yayılanlar şayiədir”.

Ə.Amaşovun sözlərinə görə, Gürcüstan ictimai-siyasi xadimləri də bəyan edirlər ki, bu hadisəni siyasiləşdirmək lazım deyil: “Ümumiyyətlə Gürcüstan öz ərazisindən heç bir beynəlxalq təşkilata, heç bir quruma yaxın qonşusu, strateji tərəfdaşı olan Azərbaycana qarşı təbliğat aparılmasına imkan verməyəcəyini bəyan edir. Lakin erməni mətbuatı həmişə Gürcüstan və Azərbaycan münasibətlərinə xələl gətirən materiallar yazır və bu hadisədən də yararlanmağa çalışır. Gürcüstan rəhbərliyi bütün bunları yaxşı bilir və heç zaman imkan verməz ki, Gürcüstandan Azərbaycana qarşı istifadə olunsun, iki ölkə arasında münasibətlərə xələl gəlsin”.

Tarix
2017.06.02 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla