Yuxarı

YAP-çı millət vəkilindən islahat anonsu: Bu sahələrdə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin siyasi kursunun həyata keçirilməsində çeviklik, hakimiyyətlə cəmiyyət arasında çox möhkəm bir körpünün qurulmasında, cəmiyyətdə mövcud olan problemlərin və əhval-ruhiyyənin dövlət başçısına vaxtında və obyektiv çatdırılmasında Prezident Administrasiyasının yeni strukturunun çox böyük rolu olacaq.

Bu fikirləri Azvision.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Prezident Administrasiyasında aparılan struktur dəyişiklikləri ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər və əlavələrdən irəli gələn məsələlərdir:

“Bu gün cəmiyyətin bütün sahələrində olduğu kimi dövlət idarəetmə orqanlarında da islahatlara, yeniliklərə, idarəetmə orqanlarında optimallaşdırmalara çox böyük ehtiyac var. Təyin edilən şəxslər öz sahələrində nüfuzlu və təcrübəli şəxslərdir. Hesab edirəm ki, onlar üzərlərinə qoyulan vəzifələrə çox böyük məsuliyyətlə yanaşacaqlar”.

YAP funksioneri vurğulayıb ki, Azərbaycanda islahatçılıq cəmiyyətdə gedən proseslərin tərkib hissəsidir: “Həyat dəyişir və yeni məsələlər ortaya çıxır. Bu isə bir sıra məsələlərə yeni baxışlar tələb edir. Şübhəsiz ki, dəyişikliklər də olmalıdır. Nəzərə alaq ki, Azərbaycanda 9.8 milyon əhali yaşayır. Təxminən bir il yarımdan sonra 10 milyonluq cəmiyyətə malik olacağıq. Bu baxımdan da yeniliklərə və islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Azərbaycanda islahatlar heç vaxt dayanmayacaq. Bu islahatlar yeni-yeni sahələri əhatə edəcək, yeni idarəetmə mexanizminin akrobasiyasını özündə ehtiva edir”.

Tarix
2017.06.04 / 00:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla