Yuxarı

Leyla Əliyevanın təşəbbüsü ilə Kaluqada toplantı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Federasiyasının Kaluqa vilayətindəki şəhərətrafı “Pine River” otelində “Turist toplantısı” adlı idman turniri keçirilib.

Axar.az xəbər verir ki, idman turnirinin açılış mərasimində RAGB idarə heyətinin üzvü Emin Hacıyev iştirakçıları RAGB-nin sədri Leyla Əliyevanın adından təbrik edib. O, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsində Azərbaycanın böyük uğurunu xüsusi qeyd edərək, son illərdə respublikada geniş miqyaslı idman tədbirləri keçirilməsi barədə məlumat verib.

Emin Hacıyev vurğulayıb ki, RAGB-nin təşkil etdiyi idman-sağlamlıq oyunlarında azərbaycanlı tələbələrlə yanaşı, Rusiya gəncləri də iştirak edirlər. O deyib: “RAGB bütün tələbələr üçün açıqdır. Biz çox sevinirik ki, bu gün gənclər burada Azərbaycan Respublikasının və Rusiya Federasiyasının bayraqlarını qaldırırlar”.

Komandalar təqdim ediləndən sonra RAGB-nin bayrağı qaldırılıb.

Turnirdə ən güclü və ən yaxşı komanda adı uğrunda Rusiya paytaxtının ali məktəblərini – M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (MDU), RF Hökuməti yanında Maliyyə Universitetini, Ali İqtisad Məktəbini, N.İ.Piroqov adına Rusiya Elmi-Tədqiqat Tibb Universitetini, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini (MDTU), G.V.Plexanov adına Rusiya İqtisad Universitetini (RİU), RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasını (RXTDXA), Dövlət İdarəçilik Universitetini (DİU), Moskva Dövlət Pedaqoji Universitetini (MDPU), Moskva Dövlət Humanitar-İqtisad Universitetini (MDHİU) və başqa təhsil müəssisələrini təmsil edən 11 komanda mübarizə aparırdı.

İdman yarışlarında RAGB-nin fəallarından olan 90-a yaxın tələbə iştirak edib. Onlar 9 mərhələ keçiblər: “Friroup”, “Skaladrom”, “Luçnıy tir”, “Vısotnıy qorodok”, “Turistiçeskaya polosa”, “Splav na kanoe” və s.

Oyunların yekunlarına əsasən İ.M.Seçenov adına Birinci MDTU-nu təmsil edən “Qorillı” komandası qalib gəlib. Qaliblərə kubok və kanat yolla çayın o tayına keçmək hüququ verilib.

İkinci yeri DİU-nun və G.V.Plexanov adına RİU-nun birləşmiş “Pandı” komandası tutub. MDPU-nu təmsil edən “Tiqrı” komandası üçüncü yerə layiq görülüb. MDHİU-nun “Koalı” və RXTDXA-nın “Delfinı” komandaları idman yarışlarında fəal iştirakına, yüksək intizama və komanda birliyinə görə bu komandalar da təltif edilib.

İdman turniri başa çatandan sonra iştirakçılar üçün “Səhra mətbəxi” tipli süfrə açılıb.

Tarix
2017.06.19 / 19:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla