Yuxarı

Moskva Bakıya bu jestlə İrəvana mesaj verdi - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Bakıya yeni müasir silahlar göndərməsi İrəvana xəbərdarlıq sayıla bilər.

Bu sözləri Axar.az-a açıqlmasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Rusiya Azərbaycan kimi güclü bir silah bazarını itirmək istəmir:

“Əslində, Rusiya rəsmiləri Azərbaycana müasir silah satışının digər məsələlərlə yanaşı, bir biznes olduğunu heç vaxt gizlətməyiblər. Azəbaycan Rusiya üçün əlverişli hərbi bazardır. Azərbaycan Rusiyanın silah alıcıları sırasında MDB və dünyada mühüm yer turur. Ona görə də bu bazarı itirmək Rusiya üçün heç yaxşı olmazdı. Çünki hazırda silah bazarında rəqabət yüksəkdir. Rusiyanın hərbi sənaye komleksi Azərbaycana silah satışından kifayət qədər udur. Bu isə Rusiyaya cari problemlərinin həllində yardım edir.

Daha önəmli bir məsələ isə silahların ehtiyat hissəsləri ilə bağlıdır. Gələcəkdə ehtiyat hissəsləri lazım olacağı təqdirdə Moskva Bakının bu sifarişlərini də təmin edəcək. Bu, uzunmüddətl bir layihədir və Rusiyaya kifayət qədər mənfəət gətirir. Ona görə də Rusiya Azərbaycanı müxtəlif yollarla əldə saxlamağa çalışır”.

Politoloq Azərbaycanın son zamanlar cəbhədə Rusiyadan alınan silahları nümayiş etdirməsinin səbəbsiz olmadığını bildirib:

“Bütün hallarda Rusiya üçün ən əlverişli tərəfdaş Azərbaycandır. Bakı bu sahədə İrəvanı dəfələrlə üstələyir. Azərbaycan cəbhədə Rusiyadan aldığı silahların döyüş qabiliyyətini sınaqdan keçirməklə bərabər, Ermənistana çox ciddi bir mesaj göndərir. Mesaj odur ki, Bakı istənilən təxribatın qarşısını məhz rus silahları ilə alacaq”.

Tarix
2017.06.25 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla