Yuxarı

Millət vəkili Bakı reysində “ermənisayağı” yeməkdən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müvafiq qurumlar bu məsələ ilə bağlı təcili tədirlər görməli və insanlarımıza məlumat verməlidirlər.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Moskva-Bakı aviareysində sərnişinlərə “ermənisayağı” yemək təklif edilməsi haqda yayılan informasiyalara reaksiyasında bildirib. Q.Paşayeva qeyd edib ki, bu “Aeroflot” şirkəti tərəfindən edilmiş böyük sayğısızlıqdır:

“Heç bir şirkətə Azərbaycana qarşı sayğısızlıq etməyə imkan verilməməlidir. Hansı ölkənin şirkəti olursa olsun, fərqi yoxdur, bu cür addımlar atanlara qarşı ciddi tədbirlər görülməldir. O ki qaldı bu videonu çəkən və vətəndaş mövqeyini bildirərək etiraz edən insana, ona təşəkkürümü bildirmək istəyirəm. Oradakı insanlarımız ona daha çox dəstək olmalıydılar. Çünki sayğısızlıq yavaş-yavaş başlayır. Bu gün sərt cavab almasalar, sabah daha böyük sayğısızlıq edərlər”.

Millət vəkili bildirib ki, “Aeroflot” üzr istəməlidir:

“Görəsən “Aeroflot” İrəvana uçan təyyarələrində Azərbaycan adı ilə yeməklər təklif edərmi? Xeyr! Heç bir zaman. Onda nəyə görə Azərbaycana uçan təyyarədə belə xoşagəlməz addımlar atır? Bu suallara cavab verməlidirlər və üzr istəməlidirlər. Səhvlərini etiraf edib, bir daha bu cür addımların atılmayacağını açıqlamalıdırlar. Bu məsələ ilə bağlı ciddi tədbirlər görülməsini istəyənləri dəstəkləyirəm. AZAL bu sayğısızlıqla bağlı ciddi tədbirlər görməldir”.
Qeyd edək ki, Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskva-Bakı reysi ilə uçan təyyarəsinin sərnişinlərinə “ermənisayağı düyü ilə hind quşu” təklif edilib.

Tarix
2017.06.26 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla