Yuxarı

Dünən bu silahdan istifadə etməmişik - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünən bu silahdan istifadə etməmişik - Polkovnik

Ötən gün Alxanlı kəndi istiqamətində atəşkəs rejimi pozulub. Düşmən 82 və 120 mm-lik minaatan və qumbaraatanlardan istifadə etməklə, Silahlı Qüvvələrimizin mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutub. Bu təxribat nəticəsində 2 nəfər həlak olub, bir nəfər yaralanıb. Yaralı hospitala çatdırılıb, onu xilas etmək mümkün olub. Hazırda həyatı üçün təhlükə yoxdur. Daha sonra düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

V. Dərgahlı bildirib ki, düşmən tərəfinin itkiləri olsa da, gizlədilir.

"Yaxın vaxtlarda məcbur olub məlumat verəcəklər. Ermənistan dərhal dünya ictimaiyyətini aldadaraq yalan məlumatlar yayaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini bildirib. Biz bunu qəti rədd edirik. Bildiririk ki, Ermənistan həmişəki kimi mülki əhalini atəşə tutub. Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var. Digər məlumatda bildirirlər ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu da ağ yalandır. Qəti olaraq bu məlumatı təkzib edirik. Ermənilərin qeyd etdiyi yaylım atəşi sistemi ABŞ deyil, Türkiyə istehsalıdır. Düşmən hər vəchlə yalan məlumatlardan istifadə etməklə təxribat törədir. Dünən isə bu silahdan ümumiyyətlə istifadə olunmayıb. Dünən baş verən hadisə bir daha göstərir ki, ötən ilin aprelində Azərbaycan tərəfindən əməliyyatlar cavab addımı olaraq həyata keçirilmişdi".

V. Dərgahlı qeyd edib ki, bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq: "Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, ötən gün Alxanlıda baş verən hadisə ilə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb.

"İstintaq qrupu yaradılıb. Meyitlərə baxış keçirilərkən onların tank əleyhinə qumbaraatan mərmilərinin qəlpələrindən öldüyü məlum olub. Cinayət içi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir", - deyə o qeyd edib

Tarix
2017.07.05 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla