Yuxarı

Kanat qəzası ilə bağlı detallar: hadisədən 4 gün öncə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanat qəzası ilə bağlı detallar: hadisədən 4 gün öncə... - Video

Ötən gün “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat qəzası ilə bağlı yeni detallar üzə çıxıb.

Axar.az xəbər verir ki, hadisə şahidi Bakupost.az-a qəzanın onun kanata minməsindən təxminən 5 dəqiqə sonra baş verdiyini bildirib.

Şahidin sözlərinə görə, o, hadisədən 4 gün əvvəl, sentyabrın 4-də də ərazidə olub. Həmin vaxt ona kanatın təmirdə olduğu deyilib.

“Bizə dedilər ki, "Mega" kanat təmirdədir, ona görə minə bilmədim. Sentyabrın 8-də isə kanat açıldı. Mən kanata mindikdən 5 dəqiqə sonra bu hadisə baş verdi. Bəs bunu necə təmir ediblər ki, belə hadisə baş verdi? Kanat niyə düzgün təmir olunmayıb?” - deyə şahid bildirib.

O, həmçinin qeyd edib ki, ərazidə kiçik kanatın qiyməti 5, böyük kanatın 15, “Mega" kanatın isə 20 manatdır.

Xatırladaq ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Ucal Asif oğlu Bayramov hadisə yerində ölüblər.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisədən əvvəl ərazidə çəkilən videonu təqdim edirik:

Tarix
2026.09.09 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla