Yuxarı

Azercell ilk yeni nəsil diler mağazasını istifadəyə verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azercell ilk yeni nəsil diler mağazasını istifadəyə verir

Azercell abunəçilərə rəqəmsal həllər vasitəsilə daha müasir və çevik xidmət imkanları təqdim etmək məqsədilə yeni konsepsiyalı ilk diler mağazasını istifadəyə verir.

Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 15A ünvanında yerləşən mağaza rəqəmsal texnologiyaları, müştəriyönümlü xidmət modelini və müasir pərakəndə satış həllərini vahid məkanda bir araya gətirir.

Qlobal telekommunikasiya sektorunun qabaqcıl təcrübələri nəzərə alınmaqla hazırlanmış yeni konsepsiyada xidmət prosesinin sadələşdirilməsinə və abunəçilərin ehtiyaclarına uyğun daha çevik modelin yaradılmasına xüsusi diqqət yetirilib.

Mağazada tətbiq olunan rəqəmsal özünəxidmət həlləri abunəçilərə bir sıra əməliyyatları daha rahat və sürətli şəkildə həyata keçirməyə şərait yaradır. İnteraktiv ekranlar vasitəsilə məhsul və xidmətlər haqqında məlumat əldə etmək və mövcud seçimlərlə tanış olmaq mümkündür. Eyni zamanda, fərdi dəstəyə ehtiyacı olan abunəçilərə təmsilçilər tərəfindən xidmət göstərilir.

Yeni konsepsiya pərakəndə satış təcrübəsini də əhatə edir. Mağazada Azercell-in məhsul və xidmətləri ilə yanaşı, müxtəlif cihazlarla tanış olmaq və onları əldə etmək mümkündür. Rəqəmsal həllərin satış prosesinə inteqrasiyası isə məhsullar haqqında məlumatın daha rahat əldə olunmasına şərait yaradır.

Yeni nəsil mağazanın istifadəyə verilməsi Azercell-in müştəri xidmətlərinin rəqəmsallaşdırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində atdığı növbəti addımdır. Şirkət abunəçiləri üçün daha rahat, çevik və müasir xidmət imkanları yaratmağa davam edəcək.

Tarix
2026.09.09 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla