Yuxarı

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Axar.az xəbər verir ki, Məhərrəm Novruzov daha çox “Hacı Məhərrəm” kimi tanınan iş adamıdır.

Onun adı Azərbaycanda tikinti, turizm, istirahət və idman sahələrində həyata keçirilən bir sıra layihələrlə əlaqələndirilir.

Mediada yayılan məlumata görə, Novruzov Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinin, həmçinin Novxanıda fəaliyyət göstərən “My Beach” istirahət mərkəzinin sahibi kimi təqdim olunur.

Novruzovun adı kompleksin ərazisindəki “Şən Yuva” uşaq əyləncə mərkəzi, “Qurtuluş-93” parkı, hazırlıq kursları, klinika, “Yeni Saray” şadlıq sarayı və “New City” oteli ilə də əlaqələndirilir. Ərazidə, həmçinin supermarketlər, restoranlar, idman zalları, üzgüçülük hovuzu, türk hamamı, oxu zalı və müxtəlif ticarət obyektləri fəaliyyət göstərir.

Ailə üzvlərinin adı hallanan yol qəzaları

Məhərrəm Novruzovun ailə üzvlərinin adı müxtəlif illərdə yol-nəqliyyat hadisələrində hallanıb.

2021-ci ildə 90-HN-009 dövlət qeydiyyat nişanlı “Mersedes Gelandevagen” markalı avtomobili idarə edən Gülnar Əsəd qızı Hüseynovanın Masazırdakı duz gölünün yaxınlığında idarəetməni itirdiyi və avtomobilin əvvəlcə “Nissan”, daha sonra isə “Mersedes” və VAZ-2106 markalı avtomobillərə çırpıldığı barədə məlumat yayılıb. Hadisə nəticəsində üç nəfərin xəsarət aldığı bildirilib. Mediada Gülnar Hüseynovanın “Qurtuluş-93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşı olduğu qeyd edilib.

Həmin hadisədən bir neçə gün əvvəl isə Novxanı qəsəbəsində ağır yol qəzası baş verib. Xəbərlərdə Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Rənc Rover” markalı avtomobilin yüksək sürətlə “Daevo Damas”a çırpıldığı yazılıb.

Hadisə nəticəsində avtomobildə olan Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlovun həyatını itirib. Elşad Kəlbəliyevin qəza zamanı sərxoş vəziyyətdə olduğu iddia edilirdi.

2024-cü ildə isə Hacı Məhərrəm barəsində heç bir qanuni icazə olmadan yaşıllıqları məhv etməsi, çoxillik ağacları kəsməsinə görə cərimə protokolu tərtib edilib.

Tarix
2026.09.09 / 13:21
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla