Yuxarı

TEAS dünyanın 4 nüfuzlu mediasına müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə xəbərlərə dünya mediasında geniş yer ayrılıb. Beynəlxalq medianı məlumatlandırmaq məqsədi ilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter “Tayms” (“The Times”), “Qardian” (“The Guardian”), “Ekonomist” (“The Economist”) və “Nyu York Tayms” (“New York Times”) kimi milyonlarla oxucu auditoriyası olan nüfuzlu qəzet və dərgilərə məktubla müraciət edib.

Axar.az məktubun mətnini təqdim edir:

“Dünyada o qədər münaqişə var ki, Dağlıq Qarabağ münaqişəsi yaddan çıxmışdır. Təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri Azərbaycan kəndlərində yaşayan dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar. 2017-ci il iyulun 4-ü axşam saatlarında Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələri Füzuli rayonun Alxanlı kəndini iri çaplı silahlardan atəşə tutmuşlar. Bu vəhşilik nəticəsində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilmişlər. Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə qəbul olunmuş 12 avqust 1949-cu il tarixli “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.

Bu vəhşiliyi törədənlər həm Ermənistan hakimiyyəti, həm də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Artıq 29 ildir ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal altında saxlayırlar. Birləşmiş Millətlər Təşkilatının erməni silahlı qüvvələrinin münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsinə əməl olunmasının vaxtı yetişmişdir.

“Ekonomist” jurnalına ünvanlanan məktubda isə vurğulanır ki, Cənubi Qafqaz və Xəzər hövzəsi regionları çox böyük iqtisadi potensiala malikdirlər. Bu potensial Azərbaycan və Ermənistan arasında sülh olmayanadək tam reallaşa bilməz. Son hadisə bunu bir daha təsdiq etdi. Təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri Azərbaycan kəndlərində yaşayan dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar. 2017-ci il iyulun 4-ü axşam saatlarında Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələri Füzuli rayonun Alxanlı kəndini iri çaplı silahlardan atəşə tutmuşlar. Bu vəhşilik nəticəsində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilmişlər.

Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi bu ölkənin iqtisadiyyatını çökdürmüşdür. Heç bir təbii sərvətə malik olmayan bu ölkə BP-nin rəhbərliyi ilə Azərbaycanda gedən neft məhsulları bumundan faydalana bilərdi. Azərbaycanla münaqişədə olduğu üçün bütün neft kəmərləri Ermənistan ərazisindən yan keçirlər. Ermənistan iqtisadiyyatı bütövlüklə Metsamor Atom Elektrik stansiyasından asılıdır. Bu Sovet dönəmindən qalma AES Çernobıl AES-i kimi bir çox çatışmazlığa malikdir. Ermənistanın Azərbaycan və Türkiyə kimi qonşuları ilə sərhədləri bağlıdır. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları yerləşir.

Beynəlxalq qurumlar münaqişənin sülh yolu ilə həllini tələb etməlidirlər. Onlar erməni silahlılarının dinc Azərbaycan əhalisini öldürdüyünü unutmamalı və qanunsuz işğalın dayandırılması üçün Ermənistana təzyiq göstərməlidirlər.

Tarix
2017.07.07 / 16:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla