Yuxarı

Bakı erməniləri niyə ölkəyə buraxmır? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya anlayır ki, Azərbaycanın erməni əsilli vətəndaşları ölkəyə buraxmamasının lazımı əsasları var.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib. Politoloqun fikrincə, rus rəsmilərin erməni əsilli vətəndaşlarla bağlı məsələyə ermənilərlə cəbhədə vəziyyətin gərginləşdiyi vaxtda “diqqət yetirməsi” başadüşülən deyil:

“Azərbaycana erməni əsilli Rusiya vətəndaşlarının buraxılmaması yeni bir məsələ deyil. Rusiya Xarici İşlər Nazirliyinin verdiyi bu bəyanatda Azərbaycanın qərarına qarşı çoxlu müəmmalı məsələlər var. Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu praktika Azərbaycan tərəfindən artıq neçə illərdir tətbiq olunur. Rusiya rəsmilərinin bu məsələyə ermənilərlə cəbhədə vəziyyətin gərginləşdiyi vaxtlarda diqqət yetirməyə başlaması başadüşülən hal deyil. Eyni zamanda Rusiya rəsmiləri də bilir ki, Azərbaycanın tətbiq etdiyi bu praktikanın qanuni əsasları var”.

İ.Vəlizadə Rusiyada çoxlu sayda erməni mənşəli insanlar yaşadığını qeyd edib:

“Digər tərəfdən, son onilliklər ərzində Ermənistandan Rusiyaya gedənlərin sayında artım müşahidə olunur. Hər il təxminən bir neçə min nəfər Ermənistan vətəndaşı Rusiyaya köçür. Onlar Rusiya vətəndaşlığı alaraq bu ölkədə həyatlarına davam edirlər. Eyni zamanda onlar Ermənistan vətəndaşlığından da imtina etmirlər. Onların bir çoxunda həm Ermənistan, həm də Rusiya vətəndaşlığı olur. Həmin adamlar Azərbaycana Rusiya vətəndaşı kimi gəlmək istəyirlər”.

Politoloq cəbhədə olan gərgin vəziyyətdə ermənilərin Azərbaycana gəlməsinin doğru olmadığını qeyd edib:

“Belə insanların ölkəyə gəlməsi ancaq provokasiya xarakterli ola bilər. Eyni zamanda belə insanların Azərbaycanda təhlükəsizliyinə də heç kim zəmanət vermir. Bütün bunları nəzərə aldıqda görürük ki, Azərbaycan tətbiq etdiyi praktikada tamamilə haqlıdır. Rusiya tərəfi də bunu başa düşdüyü üçün bu məsələ ilə bağlı illər əvvəl heç bir bəyanat vermirdi. Biz həm öz vətəndaşlarımızın, həm də ölkəyə gəlmək istəyən erməni əsilli rus vətəndaşların təhlükəsizliyini qorumaq üçün bu praktikanı tətbiq edirik. İndi də vəziyyət dəyişməyib. Yenə də Azərbaycan və Ermənistan arasında müharibə gedir, hətta münaqişənin daha qızğın situasiyası müşahidə olunur. Belə vəziyyətdə Rusiyanın bu bəyanatı qeyri-peşəkar bir yanaşmadır. Münaqişələrin kritik həddə olduğu vaxtda Rusiyanın israrla erməni əsilli vətəndaşlarının Azərbaycana gəlməsini istəməsinin heç bir məntiqi açıqlaması ola bilməz. Bu addım provokasiyon vəziyyət yaratmağa çalışmaqdan başqa bir şey deyil.

Əgər Rusiya istəyirsə bu gərginlik bir dəfəlik həll olunsun, onda Ermənistana təzyiqləri artırmalı, Ermənistanın Azərbaycan ərazilərini boşaltmasına şərait yaratmalıdır. Ermənistan tərəfi bu addımları atsa, müharibə şəraiti olmaz və erməni əsilli vətənaşların da Azərbaycana gəlmə məsələsini düşünmək olar”.

Tarix
2017.07.08 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla