Yuxarı

Ermənistan, görün, necə bir “ordu” qurur - Naapetyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan, görün, necə bir “ordu” qurur - Naapetyan

Ermənistan ordusuna çağırış üçün yaş həddinin artırılması ideyası ciddi kadr çatışmazlığından xəbər verir. Və bu kəsir hakimiyyətin zərərli siyasəti ilə daha da ağırlaşır.

Axar.az xəbər verir ki, bu sözləri “Sputnik Ermənistan”a hərbi ekspert, ehtiyatda olan polkovnik Ayk Naapetyan Mülki Müqavilə Partiyasından olan deputat Ayk Sərkisyanın hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılması təklifi haqda danışarkən deyib.

“Hakimiyyət Ermənistanın silahlı qüvvələrini ləğv etmək vəzifəsini qarşısına məqsəd qoyub, amma bunu gizli şəkildə, yavaş-yavaş yerinə yetirəcək. Bəs ləğv etmək üçün nə lazımdır? Faktiki olaraq müharibə vəziyyətində olan ölkədə sosial bərabərsizlik və sosial ayrı-seçkilik daha da şiddətlənməlidir. Varlıların övladları ordudan xilas ola bilər, amma kasıbların övladları xidmət etməlidir. Ermənistan hakimiyyəti sözün əsl mənasında fəhlə-kəndli ordusu yaradır”, - ekspert bildirib.

Naapetyan hələ 2023-cü ildə qəbul edilmiş qanunu xatırladıb. Həmin qanuna görə, ordudan yayınan vətəndaşlar 27 yaşdan sonra Ermənistana qayıda bilər və 12 ay xidmət edib, 2,5 milyon dram (6,2 min dollar) ödəyərsə, təqibdən azad ola bilərlər. Digər variantlar 6 ay xidmət, 5 milyon dram (12,4 min dollar), 1 ay xidmət, 10 milyon dram (24,8 min dollar) və ya xidmət etmədən 15 milyon dram ödəməkdir.

Ekspertin fikrincə, orduda ciddi çağırışçı çatışmazlığının olduğu göz qabağındadır və bu səbəbdən çağırış yaşının artırılmasını təklif edirlər.

Tarix
2025.05.11 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla