Yuxarı

Mərakeş mediası Azərbaycanın ənənələrindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycanda Ramazan ənənələri ilə bağlı məqalə dərc edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.

Bildirilir ki, qədim köklərə malik azərbaycanlılar adət və ənənələrinə görə ərəblərə ən yaxın xalqdır. Məqalədə Avropada bariz müsəlman ölkələrindən biri olan Azərbaycanda Ramazan bayramının böyük coşqu, sevinc və təmtəraqla qeyd edildiyi vurğulanır. Müqəddəs bayramda at yarışlarının keçirilməsi bayram şənliklərinə xüsusi ovqat bəxş edir.

Məqalənin müəllifi, qəzetin baş redaktoru Əhməd Mitşu yazır ki, Ramazan ayı Azərbaycan xalqının mədəni irsində qədimdən silinməz izlər buraxıb. İftar zamanı evlərdə süfrə açılarkən gözlənilmədən gələ biləcək qonaq da nəzərə alınır, gələr-gəlməz onun üçün masaya əlavə boşqab qoyulur. Müəllif iftar süfrəsində yer alan dolma, qovurma, çığırtma, plov kimi Azərbaycan xörəklərini təsvir edir, xüsusi ilə Bilgəh qəsəbəsində yetişdirilən və qoxusuna görə dünyada xüsusilə tanınan zəfəran ilə hazırlanan plov çeşidləri barədə məlumat verir.

Tarix
2017.07.21 / 22:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla