Yuxarı

Rusiya erməni faktorundan imtina etməlidir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Cənubi Qafqaz siyasətini nizama salmaq üçün ənənəvi ermənipərəst yollardan və erməni faktorundan imtina etməlidir.

Axar.az xəbər verir ki, bunu AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın mənafelərini nəzərə almadan və bizim ölkəmizlə hesablaşmadan uğurlu siyasət yeritmək mümkün deyil: "Xalqımızın qədim mədəniyyəti, bügünkü güclü potensialı, ordusu, iqtisadi gücü buna zəmin yaradır. Arzu edirik ki, Rusiya Azərbaycanın ərazi məsələlərində təcavüzkar Ermənistanı müdafiə etməkdən əl çəksin. Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək siyasətini alqışlayırıq".

Y.Mahmudov qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafı Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər:

"Rusiya ilə bizim tarixi əlaqələrimiz var. Ulu öndər Heydər Əliyev Rusiyada mədəniyyətin, elmin, səhiyyənin, müxtəlif sosial-iqtisadi sahələrin inkişafında çox mühüm rol oynayıb. Bu, tarixin silinməz səhifələridir. Azərbaycan və rus xalqları arasında geniş tarixi əlaqələr bu gün daha sürətlə inkişaf edir. Rusiyada çox güclü potensialımız var. Rusiyanın bütün şəhərlərində, o cümlədən Moskvada Azərbaycanın görkəmli alimləri, tanınmış ziyalıları, mütəxəssisləri, həkimləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər".

Tarix
2017.07.25 / 18:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla