Yuxarı

İsakzai: Azərbaycan yüksək potensiala malikdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov BMT İnkişaf Proqramının ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Nazirlikdən Axar.az-a bildiriblər ki, məqsəd BMT İnkişaf Proqramı, Qlobal Ətraf Mühit Fondu və Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirəcəkləri “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinə hazırlıq məsələlərinin müzakirəsi olub.

Heydər Əsədov ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, həyata keçirilən institusional islahatlar, əldə olunan nailiyyətlər və reallaşdırılan beynəlxalq layihələr barədə ətraflı məlumat verib.

Görüşdə “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin komponentləri üzrə müzakirələr aparılıb.

Qulam İsakzai ölkəmizdə baş verən yenilikləri maraqla izlədiyini qeyd edib, Azərbaycanın yüksək kənd təsərrüfatı potensialına malik olduğunu bildirib. BMT İnkişaf Proqramının rezident əlaqələndiricisi ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Tarix
2017.07.27 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla