Yuxarı

Rusiya və ABŞ yaxın müddətdə Qarabağı... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı həmsədrin Dağlıq Qarabağla bağlı fikirlərindən hiss olunur ki, danışıqlar prosesində konkret irəliləyiş yoxdur.

Bu sözləri Axar.az-a ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə toxunması ilə bağlı danışarkən politoloq Elxan Şahinoğlu deyib.

Siyasi təhlilçinin fikrincə, hələlik ortada real heç nə yoxdur:

“Amerikalı həmsədrin Dağlıq Qarabağla bağlı fikirlərindən hiss olunur ki, danışıqlar prosesində konkret irəliləyiş yoxdur. O, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının vacibliyi ilə bağlı açıq fikirlər səsləndirməyib. Buna görə də hesab edirəm ki, münaqişənin həllini və yaxın müddətdə prezidentlərin növbəti görüşünü proqnozlaşdırmaq çətindir. Çünki Azərbaycan dövlət başçısının yanaşması bundan ibarətdir ki, imitasiya xatirinə görüşlərə ehtiyac yoxdur”.

Politoloq Rusiya-ABŞ münasibətlərinin hazırkı durumu fonunda Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunub:

“İki ölkə arasında münasibətlər yaxşı olanda da bu, münaqişənin həllinə müsbət təsir etmədi, iki həmsədr ölkə məsləhətləşib Qarabağ məsələsinin həllini sürətləndirmədi. İndi isə Rusiya-ABŞ münasibətləri daha da korlanıb. Bu baxımdan bu iki dövlətin bir yerdə hansısa münaqişəni həll edəcəyini gözləmək mümkün deyil. Çünki Ukrayna, Suriya və bir çox digər məsələlərlə bağlı fikir ayrılıqları var. Üstəlik, ABŞ-ın Qarabağ məsələsinə dair hansısa təklifləri olsa belə, Rusiya bunun reallaşmasına imkan erməyəcək”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland prezidentlərin növbəti görüşü zamanı tərəflərin həmrəylik nümayiş etdirəcəyini, hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklərinə ümid etdiyini bildirib.

Tarix
2017.08.15 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla