Yuxarı

Moskva və İrəvan dünyanı belə aldadır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və onun sahibləri hər zamankı kimi indi də oyun oynayırlar.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Moskva və İrəvan danışıqlar prosesinin bərpa olunduğunu göstərməklə beynəlxalq ictimaiyyəti aldadır:

“Dağlıq Qarabağla bağlı nəticə verən danışıqlar aparılmır. Ermənistan və onun sahibləri hər zamankı kimi indi də oyun oynayırlar ki, guya danışıqlar prosesi bərpa olunur. İndiki danışıqlar nəticə vermir, çünki işğalçıya qarşı hansısa sanksiyalar tətbiq olunmur. Bu oyunlar 25 ilə yaxındır ki, gedir və ATƏT-in Minsk Qrupu da bu prosesdə dondurucu kimi istifadə olunur. Qarabağ mücadiləsi, Gürcüstan, Moldova və Ukraynada baş verənlər eyni ssenarilərdir və bu ölkələrin müstəqiliyinin inkişafının qarşısını almaq üçün yaradılıb. Bu gün sözügedən münaqişələrin həllinə imkan verməyən də məhz eyni qüvvələrdir”.

Millət vəkili hesab edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini düzgün istiqamətə yönəltməli və beynəlxalq təşkilatların Ermənistana qarşı müvafiq qərarlar qəbul etməsinə nail olmalıdır.

A.Mollazadə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu Yorkda BMT-nin sentyabr sessiyası çərçivəsində gözlənilən görüşünə də toxunub və bu görüşdən heç nə gözləmədiyini deyib:

“Ermənistan sadəcə olaraq sahibinin əmrlərini yerinə yetirir və birlikdə danışıqlar oyununu oynayırlar”.

Tarix
2017.08.16 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla