Yuxarı

XİN-dən Barselonadakı terrorla bağlı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyir.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib: "Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".

XİN rəsmisi deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır:

"Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniyanın xarici işlər naziri Alfonso Maria Dastisə başsağlığı məktubu göndərib".

H.Hacıyev bildirib ki, Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb:

"Azərbaycan səfirliyi İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxsin hələ şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcək".

Tarix
2017.08.18 / 10:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla