Yuxarı

Hacı İbrahim Türkiyədə "İlin ən uğurlu iş adamı" seçildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Ekovitrin" dərgisi Azərbaycanın tanınmış iş adamı "Avesta" Konserninin rəhbəri Hacı İbrahim Nehrəmlini türk cümhuriyyətləri üzrə "İlin ən uğurlu iş adamı" elan edib.

Dərginin 13-cü ildir keçirdiyi "İlin Ulduzları Anketi"ndə azərbaycanlı iş adamı "İlin ən uğurlu iş adamı" nominasiyasında qalib olub.

"Ekovitrin" Türkiyənin iqtisadiyyat və iş dünyası ilə bağlı ən ünlü dərgilərindən biridir. Dərginin açıqladığı hesabatda bildirilir ki, sorğu 184.232 respondent arasında keçirilib. 31 fərqli kateqoriya üzrə 91 iş adamının namizədliyi irəli sürülüb.

Hesabatda bildirilir ki, Hacı İbrahim Nehrəmli Azərbaycanda həyata keçirdiyi nəhəng "Xəzər Adaları" projesinə görə fərqlənib: "41 süni ada üzərində qurulan nəhəng projenin dəyərin 100 milyard dollardır.

Projedə yaşayış binaları, ticarət mərkəzləri ilə yanaşı dünyanın 1050 metrlik ən yüksək qülləsinin, hava limanının, teatr salonlarının, "Formula-1" yarışları üçün meydançasının tikintisi də nəzərdə tutulur. Bütün göstəricilərinə görə "Xəzər Adaları"nın türk cümhuriyyətlərində gerçəkləşdirilən layihələr içərisində analoqu yoxdur".

Qaliblərə mükafatların təqdim edilməsi mərasimi iyul ayında İstanbulda keçiriləcək. Onu da vurğulayaq ki, Türkiyə çapında "Ekovitrin" dərgisinin mükafatları siyasət və iqtisadiyyat sahələrinin "Oskar"ı kimi dəyənləndirilir. /Musavat.com/

Tarix
2014.06.03 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla