Yuxarı

Odessa, skinhedlər, qətl və Komitənin təkzibi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində Ukraynada yaşayan azərbaycanlılara qarşı milli zəmində təzyiqlərin olduğuna dair əsası olmayan məlumatlar yayılmaqdadır. "Axar.az"ın musavat.coma istinadən verdiyi xəbərə görə, Diasporla İş üzrə Dövlət Komitəsi rəsmi olaraq bildirir ki, Ukraynada azərbaycanlılara qarşı milli zəmində heç bir təzyiq, təhdid, yaxud soydaşlarımızın həyatına təhlükə yaradan digər hərəkətlər baş verməmişdir".

Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumatda deyilir.

Komitədən bildirilir ki, Dövlət Komitəsi Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, habelə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə müntəzəm əlaqə saxlayır, azərbaycanlıların vəziyyəti, qarşılaşdıqları çətinliklər barədə mütəmadi məlumatlar alır: "Son günlər bəzi azərbaycanlıların da adının hallandırıldığı kriminal xarakterli hadisələrin milli, irqi, yaxud dini ayrı-seçkiliklə bağlı olduğuna dair iddiaları təsdiqləyən heç bir fakt, yaxud rəsmi məlumat yoxdur".

Xəbərdə daha sonra vurğulanır ki, azərbaycanlıların təhlükəsizliyinə təhdid xarakteri daşıyan etnik ayrı-seçkilik tendensiyaların mövcud olduğuna dair KİV-də əksini tapmış məlumatlar həqiqətə uyğun deyil:

"Dövlət Komitəsi bütün KİV nümayəndələrini bu cür yoxlanılmamış məlumatlara olduqca diqqətli və ehtiyatlı yanaşmağa çağırır, bir daha diqqətə çatdırır ki, belə informasiyaların yalnız müvafiq dəqiqləşdirilmələrdən sonra yayılması daha məqsədəuyğundur. Bu sahədə Dövlət Komitəsi bütün KİV nümayəndələri ilə əməkdaşlığa hazırdır. Xüsusi olaraq vurğulamaq istərdik ki, kriminal xarakterli hadisələrin soydaşlarımıza qarşı milli zəmində təhdidlərin "sübutu" kimi ictimaiyyətə təqdim olunması Ukraynada yaşayan azərbaycanlılar arasında təşviş və narahatlıq yaradır, eyni zamanda Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil".

Xatırladaq ki, Ukraynada skinhedlərin yürüş keçirdiyi və Odessada bir ukraynalı tələbənin azərbaycanlı tərəfindən öldürülməsi ilə bağlı xəbəri "Axar.az" Odessa və Kiyevdə olan mənbələrindən bir neçə dəfə dəqiqləşdirdikdən sonra yaymlayıb.

Əlavə edək ki, Odessada yalnız kriminal müstəvidə baş verən bu qətli törədən azərbaycanlı Yevlax şəhərində anadan olan Məhəmməd Allahverdiyev adlı tələbədir. Ölən ukraynalının qardaşı və anasının əlil olması bu məişət zəminində baş verən qətldən skinhedlərin istifadə etməsinə fürsət yaratsa da, Ukrayna hakimiyyəti milli gərginlik yaratmaq istəyənlərin qarşısını alıb.

Bu qətlin Kiyev, Xarkov və Odessada qafqazlıların döyülməsi ilə bağlı 15-dək faktla və yüzdən artıq skinhedin Rusiyadan Ukraynaya gəlməsi ilə müşayiət olunması isə ilk gündən müəyyən şübhələrə yol açsa da, mənbələrimizin məlumatına görə, bunlar yalnız təsadüfdür.

Hazırda şübhəli şəxs qismində saxlanılan M.Allahverdiyev barəsində cinayət işi qaldırıldığı bildirilir..

Tarix
2013.11.21 / 16:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla